Keçid linkləri

Təcili xəbərlər
2018, 14 Dekabr, Cümə, Bakı vaxtı 18:46

Hakim Şıxlinskayanın məhkəməyə gəlməsini tələb edir


Leyla Şıxlınskaya

Xalq artisti, öz adını daşıyan klinikanın rəhbəri Leyla Şıxlinskaya onun şikayəti əsasında cinayət məsuliyyətinə cəlb olunmuş işçilərinin məhkəməsinə gəlmək istəmir.

Şıxlinskaya şahid qismində tanınıb və klinikanın yeddi nəfər keçmiş əməkdaşının işinə baxan Bakı Ağır Cinayətlər Məhkəməsi də bu üzdən aktrisaya çağırış göndərib. O, çağırışa məktubla cavab verib.

“Leyla Şıxlinskaya Klinikası”nın keçmiş işçilərinin aprelin 6-da keçirilən məhkəməsində hakim Əfqan Hacıyev onun məktubunu elan edib. Xalq artisti yazıb ki, işlərinin çoxluğu ilə əlaqədar məhkəməyə gələ bilmir.

Hakim bildirib ki, məhkəmə bu müraciəti qəbul etmir və Leyla Şıxlinskaya mütləq gəlib ifadə verməlidir. Ona görə də növbəti məhkəmə iclasında iştirak üçün ona bir daha çağırış göndəriləcək.

Növbəti məhkəmə iclası isə aprelin 13-nə təyin edilib.

Leyla Şıxlinskaya məhkəməsinə gəlmək istəmədiyi keçmiş işçilərindən 804 min 343 manat pul tələb edir.

Xalq artistinin nümayəndəsi məhkəmənin əvvəlində belə bir mülki iddia qaldırıb. Təqsirləndirilən şəxs qismində məhkəmə qarşısına çıxarılan yeddi nəfər – Şəhla Abbasova (baş mühasib), Polad Əliyev (baş mühasibin müavini), Səkinə Qasımova (mühasib), Aytən Hüseynova (kassir), Mədinə Hüsüyeva, Nigar Rzaquliyeva və Yelena Abdullayevaya CM-nin 313 (vəzifə saxtakarlığı) və 179 (mənimsəmə) maddələri ilə ittiham olunurlar.

Şıxlinskaya keçmiş işçilərini klinikaya daxil olan vəsaitləri az göstərməkdə, gəlirləri mənimsəməkdə suçlayır.

Təqsirləndirilən əməkdaşlar isə deyirlər ki, Şıxlinskaya özü gəlirlərin az göstərilməsi, işçilərin maaşının rəsmi sənədlərdə faktiki verildiyindən dəfələrlə aşağı yazılması haqda göstəriş vermişdi. Məqsəd isə daha az vergi ödəmək idi.

Bu əməkdaşların işi üzrə baş prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsində istintaq gedəndə vergidən yayınma halları aşkarlanıb. Bununla əlaqədar daha bir cinayət işi ayrılaraq, araşdırılması üçün Vergilər Nazirliyinin Vergi Cinayətlərinin İbtidai Araşdırılması Departamentinə göndərilib. Orada söhbət milyonlarla manatlıq yayınmadan gedir.

Şıxlinskaya da rəhbərlik etdiyi klinikaya qarşı vergidən yayınma ittihamı ilə cinayət işi başlandığını təsdiqləyib. Amma deyib ki, maliyyə məsələlərinə cavabdeh şəxs özü deyil.

Günün bütün mövzuları

XS
SM
MD
LG