Keçid linkləri

Təcili xəbərlər
2018, 22 Oktyabr, Bazar ertəsi, Bakı vaxtı 19:57

Lerikdə çovğun fəsadlar törədib, yollar bağlanıb


Foto: arxiv

Lerikin 7 kəndinə, hələ də yolun açılmadığı deyilir

Lerik rayonunda qarın yaratdığı fəsadların, hələ də, tam aradan qaldırılmadığı bildirilir.

Lerik rayonun Veri-Piran yolu qar uçqunu nəticəsində fevralın 17-də bağlanıb. Veri kənd sakinlərinin Azadlıq Radiosuna demələrinə görə, həmin yolda, hələ ki, hərəkət etmək mümkün deyil:

“Hələ də, yolun təmizlənməsini gözləyirik. Lənkərana getmək istəyirəm, yol bağlıdır. Deyirlər təmizlənəcək, hələ ki, hərəkət edə bilmirik.”

Veri ərazi vahdində 7 kənd olamaqla, 4 min nəfərdən çox əhali yaşayır.

İcra hakimiyyətindən yolun açıldığı bildirilir

Lerik rayon İcra Hakimiyyəti başçısının müavini Habil Məlikov isə bildirir ki,qar təmizlənib,yollar açıqdır.

”O yolda cəmi bir yerdə qar yolu kəsmişdi, o da təmizlənib. Rayonda qarın yaratdığı problemlərin hamısı aradan qaldırırlıb.”-deyə müavin vurğulayıb.

APA-nın məlumatına görə, Lerik-Zuvand yolunda da avtomobillərin hərəkətində maneələr yaranıb.

Kəlvəz, Pirəsurə, Orand, Mundigah, ümumilikdə, 12 ərazi vahidliyinə gedən yollarda hərəkət çətinləşib.

Çayrud kəndi ərazisində qar uçqunu səbəbindən yol tamamilə bağlanıb.

Günün bütün mövzuları

XS
SM
MD
LG