Keçid linkləri

Təcili xəbərlər
2018, 19 İyul, Cümə axşamı, Bakı vaxtı 00:07

Broyler fabrikində partlayış olub. Ölən var


Foto illüstrasiya

«Partlayışda xəsarət alanların durumu yaxşıdır»

«Xəsarət alan Akif Aslanov iyulun 27-də evə buraxılıb. O, alın nahiyəsindən xəsarət almışdı, Mehman Əliyevin müalicəsi isə davam edir».

Bunu Lerik rayon Mərkəzi Xəstəxanasının baş həkimi Mübariz Ağayev bildirib.

M.Ağayev deyib ki, M.Əliyev tomoqrafiyadan keçməkdən ötrü Lənkəran rayon Mərkəzi Xəstəxanasına göndərilib. Onun da durumunun yaxşı olduğu bildirilir. Bu gün, iyulun 28-i evə buraxılması gözlənilir.

XATIRLATMA

İyulun 27-də Lerik rayonun Piran kəndindəki broyler fabrikinin kəsim sexində partlayış baş vermişdi. Partlayışın qaz sızmasından baş verdiyi güman edilir.

Partlayış nəticəsində bir nəfər vəfat edib, iki nəfər isə xəsarət almışdı

Yaralılardan biri ölüb

«Partlayış zamanı yaralılardan bir vəfat edib. Bu, Lerik sakini Valeh Məmmədovdur».

Bunu Piran kənd ərazi icra nümayəndəsi Rizvan Əsədov bildirib.

O deyib ki, daha iki nəfər sakin xəsarət alıb.

«Xəsarət alanlar Mehman Əliyev və Akif Aslanov Lerik Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər», - icra nümayəndəsi bildirib.

+++

Bu gün, iyulun 27-si səhər saatlarında Lerik rayonunda broyler fabrikində partlayış baş verdiyi bildirilir.

Lerik rayon İcra Hakimiyyətinin Piran ərazi nümayəndəsi Rizvan Əsədov bildirib ki, partlayış nəticəsində az iki nəfər yaralanıb:

«Piran kəndindəki broyler fabrikində partlayış olması doğrudur. Təəssüf ki, yaralananlar var..».

R.Əsədovun deməsinə görə, hadisənin ilkin olaraq qaz balonunun partlaması nəticəsində baş verdiyi güman edilir.

Hadisə yerində təcili yardım maşınlarının olduğu bildirilir.

Günün bütün mövzuları

XS
SM
MD
LG