Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 10:04

Leonard Cohen vəfat edib


Leonar Cohen
Leonar Cohen

Kanadalı yazıçı, şair, bəstəkar ve müğənni Leonard Cohen 82 yaşında vəfat edib.

Bu barədə noyabrın 11-də Feysbuk şəbəkəsində məlumat yayılıb.

Məlumatda bildirilir ki, əfsanəvi şair, bəstəkar, müğənni və musiqi dünyasının ən hörmətli sənətçilərindən biri olan Coheni itirdik.

Cohen ötən ay “You Want It Darker” adlı 14-cü albomunu buraxıb.

O, oktyabrın əvvəllərinə demişdi ki, ölümə hazıram, amma öncə bu işi başa çatdırmalıyam.

Bir çox mahnı və albomların müəllifi olan Cohen həmçinin iki roman və bir neçə kitab müəllifidir.

İlk şerlər kitabı1956, ilk romanını isə 1963-cü ildə dərc olunub.

Onun “Hallelujah” mahnısı, bütün dövürlərin ən çox sevilən ifalarından biri olub.

2002-ci ildə Kanadanın ən böyük şərəf medalına layiq görülüb.

Leonard Cohen 1934-cü il sentyabrın 2-də Kanadanın Monreal şəhərində doğulub, 2016-cı il noyabrın 7-də Los Ancelesdə vəfat edib.

Onunla vida mərasimi Los-Ancelesdə olacaq.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG