Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 19:41

Balaca bir şəhər böyük bir romanı qadağan edib


Yazıçı Harper Lee və onun "Zəvzək quşunu öldürmək" kitabı
Yazıçı Harper Lee və onun "Zəvzək quşunu öldürmək" kitabı

"The Guardian” yazır ki, Harper Lee-nin məşhur “Zəvzək quşunu öldürmək” (To Kill a Mockingbird) romanı Amerikanın cənub ştatlarında irqçilik və seqreqasiyanın ağrı və acıları haqqında yazılsa da, elə bu səbəbdən Mississippi ştatının Biloksi məktəb nahiyəsində oxu siyahısından çıxarılıb.

Qərarda deyilir ki, bu kitab “adamları qıcıqlandırır”.

Yerli “The Sun Herald” qəzeti yazır ki, bu kitab əhalisi 45 min nəfər olan Biloksinin məktəblərində 8-ci siniflərin oxu planından çıxarılıb.

Ədəbiyyatın nəhəng abidələrindən biri olan “Zəvzək quşunu öldürmək” romanının bir şəhərin məktələrində qadağan olunmasına əhəmiyyət verməmək də olardı, amma bu, roman barəsində müxtəlif yerlərdə və vaxtlarda çıxarılmış ilk qadağan hökmü deyil.

Prezident George W.Bush 2007-ci ildə Harper Lee-ni prezident ordeni ilə təltif etmişdi
Prezident George W.Bush 2007-ci ildə Harper Lee-ni prezident ordeni ilə təltif etmişdi

Biloksi məktəb şurasının vise-prezidenti Kenny Holloway deyib ki, bu kitabdan çoxlu şikayətlər vardı.

Holloway izah edib: “Kitabın dilində elə şeylər var ki, adamları qıcıqlandırır. Biz bu dərsi başqa kitablardan da keçə bilərik. Bu kitab kitabxanamızda qalır, amma uşaqlar ondan istifadə etməyəcəklər”.

Biloksi məktəblərinin internet saytında yazılıb ki, “Zəvzək quşunu öldürmək” romanına görə hüsn-rəğbət hissi irq və ya təhsildən asılı deyildir.

1960-cı ildə çap olunmnuş bu roman Alabama ştatının balaca bir şəhərində yer alan irqi bərabərsizlikdən bəhs edir.

Kitabda təsvir edilən hadisələr bir ağ qadının zorlanmasına görə qaradərili kişinin mühakimə olunması ilə başlanır.

Bu kitabın 40 milyon nüsxəsi satılıb və onun əsasında 1962-ci ildə 3 Oscar almış film çəkilib.

Sun Herald qəzetinə yazılmış email-də məktəblər şurası əsas narahatlığın romanda “nigger” – zənci sözünün işlədilməsindən olduğunu etiraf edir.

Lakin məktəb şurasının qərarı bir çox oxucular tərəfindən hiddətlə qarşılanıb.

Onlardan biri yazır: “Bu mənim indiyədək haqqında eşitdiyim ən böyük senzuradır. Bu kitabda insanlara onların ictimai statusundan, təhsil səviyyəsindən, intellektindən asılı olmayaraq ilk növbədə insan kimi baxılır. Əslində bu kitab məhz bu gün üçün son dərəcə əhəmiyyətlidir”.

Bundan əvvəl 2016-cı ildə bu kitab Virciniyada məktəblərdən yığışdırılıb.

Lee ötən il 89 yaşında vəfat edib. Vəfatından sonra onun daha bir ziddiyyətli romanının əlyazması tapılıb.

“Get gözətçi qoy” adlı bu kitabdakı hadisələr “Zəvzək quşunu öldürmək” romanında baş verənlərin davamıdır.

Bu da qeyd olunmalıdır ki, romanın adı Azərbaycanca bir sıra məqalələrdə "Adamaldadan quşu öldürmək" kimi gedir.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG