Keçid linkləri

Təcili xəbərlər
2018, 25 Aprel, çərşənbə, Bakı vaxtı 20:27

Rusiyanın xarici işlər naziri ABŞ-dan ‘kömək’ istəyib


Rusiyanın xarici işlər naziri Sergey Lavrov (solda) və ABŞ-ın dövlət katibi Rex Tillersonun mayın 10-da keçirilmiş görüşündan foto

Rusiyanın xarici işlər naziri Sergey Lavrov amerikalı həmkarı, dövlət katibi Rex Tillersondan Suriyada hökumət qoşunlarına qarşı “təxribatların dayandırılması üçün tədbirlər” görülməsini istəyib.

Rusiya XİN-in bəyanatında deyilir ki, iyunun 26-da telefon söhbətində Sergey Lavrov və Rex Tillerson Suriyada kövrək atəşkəsin qorunmasına dair razılığa gəliblər.

Onlar habelə “terrorçu qruplaşmalara qarşı mübarizənin gücləndirilməsi və zəhərli maddələrdən istifadənin qarşısının alınması zərurəti” barədə razılaşma əldə ediblər.

Məlumatda deyilir ki, "Lavrov Vaşinqtonu Suriya hökumətinə qarşı təxribatların qarşısının alınması üçün tədbirlər görməyə çağırıb”.

Dövlət Departamentindən bu söhbət barədə hələlik heç bir şərh verilməyib.

Bu, Lavrov və Tillerson arasında bir həftədə ikinci telefon söhətidir və ABŞ-Rusiya münasibətlərinin daha da pisləşməsi fonunda baş verir.

Bundan əvvəlki teledon söhbətində Lavrov ABŞ qüvvələrini Suriya hökumətinin İslam Dövləti təşkilatına qarşı mübarizəsinə əngəl törətməkdə ittiham etmişdi.

Moskva ötən həftə Sankt Peterburqda Tillerson və Lavrovun mqüavinləri arasında keçirilməli olan görüşü ləğv edib.

Buna səbəb Senatın Rusiya üzərinə sanksiyaların möhkəmləndirilməsinə dair qanunu qəbul etməsi idi.

Suriyada ABŞ qüvvələri son həftələtdə hərbi əməliyyatlarını gücləndirərək bir neçə dron və Suriya hərbi hava qüvvələrinin təyyarəsini vurub.

Günün bütün mövzuları

XS
SM
MD
LG