Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 03:17

ABŞ Rusiya ilə “yalnız öz xalqının mənfəəti olanda” əməkdaşlıq edəcək


Sergey Lavrov (solda) və Rex Tillerson Bonn şəhərində görüşüblər
Sergey Lavrov (solda) və Rex Tillerson Bonn şəhərində görüşüblər

ABŞ-ın dövlət katibi Rex Tillerson Rusiyanın xarici işlər naziri Sergey Lavrova deyib ki, Moskva və Donald Trump administrasiyası arasında əməkdaşlıq istənirsə, onda Kreml özünün Ukraynada sülhün bərqərar edilməsinə dair öhdəliklərinə əməl etməlidir.

AzadlıqRadiosu xəbər verir ki, fevralın 16-da Almaniyanın Bonn şəhərində keçirilən görüşdə Tillerson Lavrova deyib ki, Birləşmiş Ştatlar Rusiya ilə “Amerika xalqını mənfəətləndirən praktik sahələr tapıldıqda” əməkdaşlıq etməyə hazırdır.

Bununla belə, ABŞ dövlət katibi deyib ki, Vaşiqnton və Moskva arasında hər hansı məsələyə dair fikir ixtilafı olduqda, Birləşmiş Ştatlar özünün və müttəfiqlərinin maraqlarından çıxış edəcək.

Tillerson habelə deyib ki, “ortaq əməkdaşlıq zəmininin yaradılması üçün” Trump administrasiyası Rusiyanın Ukraynadakı zorakılığın dayandırılması məqsədilə “Minsk razılaşmasına əsasən götürdüyü öhdəlikləri icra etməsini gözləyir”.

Bu görüşü şərh edərkən Britaniyanın Xarici İşlər Nazirliyi bildirib ki, Tillerson-Lavrov görüşü Birləşmiş Ştatların öz müfttəfiqlərinə sədaqətli qaldığına “zərrə qədər də şübhə yeri qoymur”.

Əməkdaşlıq yalnız ortaq maraqlar olanda olacaq

Tillerson-Lavrov görüşü G20 qrupu xarici işlər nazirlərinin Bonn şəhərində keçirilən müşavirəsinin əsnasında yer alıb.

Lavrov görüşdən sonra bildirib ki, onlar Suriya, Ukrayna və Əfqanıstan kimi məsələləri müzakirə ediblər və “maraqlar üst-üstə düşəndə əməkdaşlıq etmək” barədə razılığa gəliblər.

Lakin o əlavə edib ki, “bütün fikir ixtilafları bir dəfəyə həll oluna bilməz”.

Lavrov həmçinin bildirib ki, Tillerson Rusiyaya qarşı Vaşinqtonun sanksiyaları məsələsini müzakirə etməyib.

O güman etdiyini deyib ki, tezliklə Trump və Putin arasında görüş ola bilər.

Lakin Interfax Putinin müşavirlərindən birinə istinadən xəbər verir ki, Putin-Trump görüşü barədə “nə razılaşma, nə də aydın anlaşma olmayıb”.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG