Keçid linkləri

2024, 19 Mart, çərşənbə axşamı, Bakı vaxtı 09:19

Belqradda Lavrovu Putinin portretləri ilə salamlayıblar


Sergey Lavrov Belqradda Serbiya xarici işlər nazirini "Dostluq ordeni" ilə təltif edib
Sergey Lavrov Belqradda Serbiya xarici işlər nazirini "Dostluq ordeni" ilə təltif edib

Rusyanın xarici işlər naziri Sergey Lavrov Serbiyaya səfərinin ikinci günündə, fevralın 22-ə buradakı Müqəddəs Sava məbədində moskvalı rəssam Nikolay Muxinin mozaikasının açılışını edib.

Müqəddəs Sava məbədi Serbiyanın və Avropanın ən böyük pravoslav kilsəsidir. Bu mərasimdə Lavrovu Serbiya prezidenti Aleksandar Vucic müşayiət edirdi.

Ümumi dəyəri 4 milyon avro olan mozaikanın pulunu Rusiyanın enerji nəhəngi Gazprom ödəyib. Ağırlığı 40 ton olan mozaikanın hazırlanmasına bir il vaxt sərf olunub. Mozaika sonradan hissələrə kəsilərək xüsusi yük maşınları ilə Belqrada daşınıb.

Moskvalı rəssam Nikolay Muxinin Belqrad kilsəsinə hədiyyəsi olan mozaika
Moskvalı rəssam Nikolay Muxinin Belqrad kilsəsinə hədiyyəsi olan mozaika

Fevralın 22-də Lavrov həmçinin Belrqad Universitetində mühazirə oxuyub. O bildirib ki, Serbiyanın belə əhəmiyyətli qlobal münaqişələr fonunda balanslı xarici siyasət yürütməsi təqdirəlayiqdir.

Lavrov Qərb ölkələrini hərbi hegemonluqlarını qoruyub saxlamaq, habelə NATO-nu genişləndirmək cəhdlərində ittiham edib.

Belqrad səfərinin əsnasında Lavrov habelə ölkənin baş naziri Ana Brnabiç və xarici işlər naziri İvica Daciclə görüşüb.

Lavrov prezident Vladimir Putinin tapşırığı ilə Dacicə “Dostluq ordeni” verib. Əvəzində Dacic Lavrova üzərində 10 rəqəmi yazılmış futbol köynəyi bağışlayıb.

Prezident Vuciclə birgə mətbuat konfransında Lavrov Serbiyanın Avropa Birliyinə üzvlük cəhdlərini dəstəklədiyini bildirib. O deyib ki, nə olursa, olsun Moskva Belqradı daim dəstəkləyəcək.

Lavrovun səfəri zamanı yüzədək serb Rusiya xarici işlər nazirini salamlamaq üçün bu ölkənin səfirliyi qarşısına toplaşmışdı. Onların əllərində Putinin portretləri və Rusiya bayraqları vardı.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

Abunə

XS
SM
MD
LG