Keçid linkləri

2024, 20 Aprel, şənbə, Bakı vaxtı 06:16

Lavrov hələ də ABŞ-la dialoqa inanır


ABŞ dövlət katibi R.Tillerson və Rusiyanın xarici işlər naziri S.Lavrov
ABŞ dövlət katibi R.Tillerson və Rusiyanın xarici işlər naziri S.Lavrov

Rusiyanın xarici işlər naziri Sergey Lavrov hələ də inanır ki, ABŞ onun ölkəsi ilə dialoqa hazırdı.

Baxmayaraq bir neçə gün əvvəl ABŞ Konqresi Rusiyaya qarşı çox sərt sanksiyalar qoymuşdu.

Bundan sonra Rusiyanın baş naziri Dmitri Medvedev demişdi ki, bu sanksiyalar ABŞ-la daha yaxşı əlaqələrə olan ümidləri ​bitirdi.

Lavrov avqustun 6-da ABŞ-ın dövlət katibi Rex Tillersonla danışıqlardan sonra bildirib ki, amerikalı həmkarlarının "bir sıra məsələlərlə bağlı dialoqu davam etdirmək istədiyini hiss edir".

Onlar Cənub-şərqi Asiya Dövlətləri Assosiasiyasının Manilada keçirilən forumu zamanı görüşüblər. Görüş çox uzun çəkib.

Lavrovun dediyinə görə, ABŞ prezidenti Donald Trump-ın Ukrayna danışıqlarındakı xüsusi nümayəndəsi Kurt Volker tezliklə Moskvaya səfər edəcək.

Volker keçən ay bu vəzifəyə təyin edilib. Onun Moskvada Rusiyanın Ukrayna böhranı üzrə elçisi Vladislav Surkovla görüşəcəyi gözlənir.

Volker keçən ay Ukraynanın şərqinə səfər edib.

Lavrovun sözlərinə görə, bundan başqa tərəflər razılaşıblar ki, ABŞ dövlət katibinin müavini Thomas Shannon ilə Rusiya xarici işlər nazirinin müavini Sergey Ryabkov arasında kontaktlar bərpa edilsin.

Bu kanal ABŞ Konqresi Rusiyaya qarşı sanksiyaları sərtləşdirəndən sonra Kreml tərəfindən bağlanmışdı.

Görüş öncəsi kameralar qarşısında gülümsələr də, nə Lavrov, nə də Tillerson son sanksiyaların onların müzakirələrinə necə təsir edəcəyi barədə jurnalistlərin ucadan səsləndirdiyi suallara cavab verməyiblər.

Tillerson avqustun 3-də bildirmişdi ki, iki ölkə arasında münasibətlər indiyəcən olmayan şəkildə təhlükəli həddə enib.

ABŞ Konqresinin qəbul etdiyi sanksiyaları imzalasa da, prezident Trump onları tənqid etmişdi.

Yeni qanun hətta prezidentə də icazə vermir ki, Konqreslə məsləhətləşmədən Rusiyaya qarşı sanksiyaları yumşaltsın.

Buna da bax: ABŞ-Rusiya çəkişməsində Azərbaycanın rolu necə olmalıdır?

ABŞ-Rusiya çəkişməsində Azərbaycanın rolu necə olmalıdır?
Gözlə

No media source currently available

0:00 0:09:45 0:00

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG