Keçid linkləri

2024, 19 Mart, çərşənbə axşamı, Bakı vaxtı 08:41

Trump-ın kürəkəni Senata Rusiya əlaqələri ilə bağlı ifadə verəcək


Prezident Donald Trump-ın kürəkəni Jared Kushner
Prezident Donald Trump-ın kürəkəni Jared Kushner

ABŞ Senatının Kəşfiyyat Komitəsi ABŞ prezidenti Donald Trump-ın kürəkəni və baş müşaviri Jared Kushner-in Rusiyanın 2016-cı il prezident seçkisinə iddia edilən müdaxiləsinə dair bu komitənin təhqiqatı ilə bağlı iclasda könüllü qaydada ifadə verəcəyini təsdiq edib.

Komitənin sədri, respublikaçı Richard Burr və vəzifəli demokrat Mark Warner martın 27-də verdikləri birgə bəyanatda bildirirlər ki, onlar Kushner-in “komitənin təhqiqatından doğan suallara cavab verməyə qabil olacağını gözləyirlər”.

Bu da xəbər verilir ki, Kushner-in nə vaxt ifadə verəcəyi məlum deyil.

Bundan əvvəl New York Times qəzeti Kushner-in keçid dövründə bir dəfə Rusiya səfiri Sergey Kislyakla görüşdüyünü xəbər vermişdi.

Bu da xəbər verilirdi ki, Kislyak daha bir görüş istəmiş, amma Kushner bu görüşə köməkçilərdən birini gönsdərmişdi.

Bundan sonra Kushner Kislyakın xahişi ilə Rusiya Vneshekonombank-ının başçısı Sergey Qorkov ilə görüşmüşdü.

Vneshekonombank Ukraynanın Krım yarımadası Rusiya tərəfindən ilhaq olunandan bəri ABŞ sanksiyalarına düşüb.

Ağ Evin sözçülərindən xanım Hope Hicks bu görüşlərin yer aldığını təsdiq etsə də, bildirib ki, görüşlər əhəmiyyətsiz xarakter daşıyıb.

RIA Novosti agentliyinin martın 27-də yaydığı xəbərə görə Vneshekonomobank adı çəkilməyən vəzifəli nümayəndələrinin Kushner-lə “inkişaf strategiyası təqdimatı çərçivəsində” görüşdüyünü təsdiiq edib.

Ivanka Trump-ın əri Kushner noyabr seçkisi ilə Trump-ın yanvar ayındakı inaqurasiyasınadək olan keçid dövründə xarici əlaqələrə cavabdeh olub.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

Abunə

XS
SM
MD
LG