Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 10:53

Azərbaycan 'referendum olayları'ndan hansı dərsi götürməlidir? [video]


Separatçı referendumlar - Azərbaycan nə dərs alsın?
Gözlə

No media source currently available

0:00 0:14:48 0:00

Separatçı referendumlar - Azərbaycan nə dərs alsın?

Son bir həftədə İraqda Kürdistan muxtariyyəti, ardınca İspaniyada Kataloniya vilayəti müstəqillik referendumu keçirdi.

Qarabağda separatçılıqla üzləşmiş Azərbaycan bu iki olaydan hansı dərsi götürə bilər?

Millət vəkili, politoloq Rasim Musabəyov düşünür ki, bu olaylardan dərs çıxarmalı tərəf varsa, bu Azərbaycan deyil. Onun fikrincə, həm Kürdüstan, həm də Kataloniyadakı müstəqillik referendumu qərb dövlətlərinin ikili yanaşmasını bir daha göstərdi:

Buna da bax:​ Kataloniya parlamenti müstəqilliklə bağlı referendum keçirilməsinə səs verib

Rasim Musabəyov
Rasim Musabəyov

“Buna misal olaraq, Abxaziya, Osetiya, Krımın da ayrılmasını göstərmək olar. O vaxt qərb dövlətləri və strukturları bu ayrılmanı qətiyyətlə pisləyirdi. Amma məsələ Qarabağ münaqişəsinə çatanda deyirdilər ki, Ermənistanla öz aranızda danışıb, razılığa gəlin. Bu ikili standartların bilavasitə dəyişəcəyinə inanmıram. Amma düşünürəm ki, Avropanın özündə baş qaldıran separatizm dalğası Qərb siyasətçilərini ikili oyundan bir balaca da olsa çəkindirəcək”.

Rasim Musabəyov əlavə edir ki, Dağlıq Qarabağ Azərbaycanın ərazisidir və ermənilər Azərbaycan torpaqlarını işğal edib. Millət vəkili buna görə də son olayların Dağlıq Qarabağ münaqişəsinə konkret təsirləri olacağına inanmır.

Buna da bax:​ İran kürdləri 'əmi uşaqları'nın referendumundan həvəslənir

Qarabağı işğalda saxlayan separatçı rejimin təmsilçiləri is sözügedən referendum olaylarından həvəslə danışırlar. Rejimin rəhbərlərindən olan David Babayan erməni mediasına müsahibəsində deyib ki, həm Kürdüstan, həm də Kataloniyada keçirilən müstəqillik referendumlar bir təcrübə kimi olduqca önəmlidir. Bunlar xalqların öz müqəddəratlarını özlərinin həll etməsi baxımından da olduqca əhəmiyyətlidir.

Amma Ermənistanda başqa fikirdə olanlar da var. Ermənistandan politoloq Mikael Zolyan düşünür ki, bu referendumları presedent saymaq olduqca tezdir:

Mikael Zolyan
Mikael Zolyan

"Beynəlxalq hüquq baxımından əgər bu referendumlar tanınsaydı və Kataloniya ilə Kürdüstan müstəqil dövlətlər olsaydılar yalnız o zaman bunu presedent saymaq olardı. Bu gün isə hər hansı presedentdən danışmaq tezdir".

Buna da bax:​ Kürd referendumunun nəticələrinin ləğvi istənilir

Azərbaycan parlamentinin oktyabrın 2-də keçirilən iclasında millət vəkili Fərəc Quliyev də Kürdistan və Kataloniyada keçirilən referendumlara toxunub. O bildirib ki, Dağlıq Qarabağın adının hallandığı bu referendumlara Azərbaycan hökuməti susqun yanaşmamalı və öz mövqeyini bildirməlidir.

Politoloq Zərdüşt Əlizadənin fikrincə, isə bu olaylardan bütün tərəflər kimi Azərbaycan da dərs çıxarmalıdır:

Zərdüşt Əlizadə
Zərdüşt Əlizadə

“Fərz edək ki, Kataloniya, Şotlandiya, İraq Kürdüstanı müstəqilləşdi. Bu onu göstərir ki, beynəlxalq hüquqda xalqların müqəddəratlarını özlərinin həll etməsi, dövlətlərin ərazi bütövlüyündən daha üstün tutulur. Bu da Azərbaycan üçün heç də yaxşı nəticələr vəd eləmir”.

Buna da bax:​ Azərbaycan XİN: 'İraqın bütövlüyünü dəstəkləyirik'

Zərdüşt Əlizadə bir nüansa da diqqətə çəkir. Deyir ki, İraqda diktatura rejimi hökm sürür, İspaniyada demokratiya. Fərqli rejimli iki ölkənin vilayətləri ayrılıb, müstəqil olmaq istəyirlərsə, bu onu göstərir ki, dövlətlər bir başa xalqların özü ilə təmasda olmalıdır. Çalışıb problemləri birgə həll etməyə çalışmalıdır.

Bəs, Bakı sakinləri nə düşünür, Qarabağda sülhə nail olmağa imkan verməyən ilk səbəb nədir?

Sentyabrın 25-də Kürdüstan, oktyabrın 1-də isə Kataloniyada müstəqillik referendumu keçirilib. Elan olunan nəticələrə görə hər ikisində seçicilərin böyük hissəsi referenduma “hə” deyib. Qərb dövlətləri bu referendumun nəticəsini tanımayıblar.

Buna da bax:​ Türkmən lideri: 'Kürdlər özlərinə aid olmayan torpaqlarda müstəqillik istəyir' [video]

Avropa Komissiyasının sözçüsü Margaritus Schinas oktyabrın 2-də deyib ki, İspaniya Konstitusiyasına görə, Kataloniyadakı dünənki referendum qanunsuzdur.

Qarabağda da separatçı rejim artıq 20 ilə yaxındır müstəqil dövlət olduğunu iddia edir. Amma hələ münaqişə başlayanda 1988-1989-cu illərdə Qarabağdakı separatçılar bu vilayətin Ermənistana birləşdirilməsi uğrunda mübarizə aparırdılar. Sonradan münaqişə Azərbaycanla Ermənistan arasında genişmiqyaslı müharibəyə çevrildi. 1994-cü ildə tərəflər atəşkəs razılaşması imzalasalar hələlik yekun sülh razılaşması əldə etmək mümkün olmayıb.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG