Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 01:42

Kürdüstanda seçkinin ilkin nəticəsi açıqlanmalıdır


Kürdüstanda səsvermə başlayıb
Gözlə

No media source currently available

0:00 0:01:11 0:00

Kürdüstanda səsvermə başlayıb

İraqın muxtar Kürdüstan regionunda müstəqillik referendumunun ilkin nəticəsi açıqlanmalıdır.

Sentyabrın 25-də axşam Almaniyanın dpa agentliyi yazıb ki, kürdlərin paytaxtı Ərbildəki seçki komissiyasının ilkin nəticələri seçicilərin 90 faizdən çoxunun müstəqilliyi dəstəklədiyini göstərib. Bundan sonra İraqın baş naziri Haidar al-Abadi «qeyri-konstitusion» referendumla bağlı kürd liderlərlə danışıqlara getməyəcəyini bəyan edib.

Bağdad daha öncə də xəbərdarlıq edirdi ki, İraqın birliyinin saxlanması uğrunda mübarizə aparacaq, kürd regionunun vacib neft gəlirlərini kəsəcək.

Regional hökumətin prezidentin Masud Barzani hüquqi qüvvəsi olmayan səsvermənin müstəqillik yolunda ilk addım olduğunu bildirib.

***Buna da bax-Türkmən lideri: 'Kürdlər özlərinə aid olmayan torpaqlarda müstəqillik istəyir' [video]

1991-ci ildən muxtariyyət qazanmış kürdlər islamçı ekstremistlərlə müharibədə vacib rol oynayıblar.

Referendumda seçicilərin 72 faizinin, 4.58 milyon qeydiyyatdan keçmiş seçicidən 3.3 milyonunun iştirak etdiyi bildirilir.

«VƏTƏNDAŞLARI QORUMAQ» ƏMRİ

Bülletenlərdə kürd, türk, ərəb və Assuriya dillərində bircə sual yazılmışdı: «Kürdüstan regionunun və bu region ətrafındakı kürd ərazilərin müstəqil dövlət olmasını istəyirsinizmi?».

Türkiyə referenduma cəhd edən İraq Kürdüstanı yaxınlığında hərbi təlimə başlayır
Gözlə

No media source currently available

0:00 0:01:00 0:00

İlkin nəticələrin yaxın saatlarda, yekun nəticələrin isə sentyabrın 28-də açıqlanacağı gözlənir.

Abadi sentyabrın 25-də bildirib ki, təhlükəsizlik qüvvələrinə İraqın kürd regionunda «qorxudulan vətəndaşları qorunmaq» əmri verib.

Səsvermə gedən zaman İran, Türkiyə və Bağdad hökuməti kürd regionuyla sərhəddə hərbi təlimlər keçiblər.

***Buna da bax-Türkiyə və İraq muxtar Kürdüstan yaxınlığında birgə manevrlərə başlayır

BMT, Birləşmiş Ştatlar və digər Qərb ölkələri bu referendumun «İslam Dövləti» (İŞİD) yaraqlıları ilə mübarizədən diqqəti yayındıracağından narahatlığını bildirib.

Vaşinqton da sentyabrın 25-də səsvermənin keçirilməsindən «dərin məyus» olduğunu, bunun Kürdüstan regionunda sabitsizlik və problemləri artıracağını vurğulayıb.

TÜRKİYƏ VƏ İRAN NARAHATDIR

BMT rəhbəri Antonio Guterres referendumun «potensial sabitsizlik yarada biləcəyindən» narahatlığını bildirib.

Qonşu Türkiyə və İran da referendum qarşı çıxıb. Bu ölkələr öz ərazilərindəki kürd azlığı sarıdan narahatdır.

***Buna da bax-Erdoğan kürdlərə xəbərdarlıq edir

Türkiyə Xarici İşlər Nazirliyi bildirib ki, kürd referendum Türkiyənin milli təhlükəsizliyinə hədə yaradarsa, beynəlxalq hüquqa uyğun «bütün tədbirləri» görəcək.

Türkiyə prezidenti Recep Tayyip Erdoğan-sa kürd regionundan neft daşıyan kəməri kəsməklə hədələyib.

Erdoğan rusiyalı həmkarı Vladimir Putin-lə sentyabrın 25-də telefonla danışıb. Rəsmi məlumata görə, onlar referendumu müzakirə edib, bu səsvermənin İraq və Suriyanın ərazi bütövlüyü məsələsini gərginləşdirməsi fikriylə razılaşıblar.

Erdoğan-ın iranlı həmkarı Hassan Rohani ilə də müzakirə apardığı bildirilir.

XS
SM
MD
LG