Keçid linkləri

2024, 19 Mart, çərşənbə axşamı, Bakı vaxtı 14:06

BMT deyir ki, Rusiya Krımda ‘dəhşətli insan haqları pozuntularına’ yol verib


Simferopolda tatar etirazçının həbsi
Simferopolda tatar etirazçının həbsi

BMT-nin insan haqları hesabatında deyilir ki, Moskva Ukraynanın Krım yarımadasını ilhaq edəndən bəri Rusiyanın dövlət nümayəndələri burada işgəncələr də daxil ciddi insan haqları pozuntularına yol veriblər.

BMT İnsan Haqları Agentliyinin sentyabrın 25-də açıqlanmış hesabatında bildirilir ki, Krım Rusiya tərəfindən işğal olunandan bu yana burada adamların yoxa çıxması, Cenevrə Konvensiyasının və beynəlxalq qanunların pozulması halları baş verib.

BMT İnsan Haqları Agentliyinin rəhbəri Zeid Ra'ad Al Hussein bəyan edib ki, Krımda insan haqlarının dəhşətli şəkildə pozulması ilə bağlı Rusiyadan ciddi hesabat istənməlidir.

Rusiya Krımı moskvayönlü prezident Viktor Yanukoviç devrildikdən sonra, 2014-cü ilin martında buraya qoşun hissələri göndərmək və referendum tamaşası qurmaqla ilhaq edib.

Buna cavab olaraq bir çox Qərbi Avropa ölkələri Rusiyanın üzərinə ağır sanksiyalar qoyub.

BMT-nin hesabatında bu da qeyd olunur ki, Rusiya Krımda minlərlə sakinin Ukrayna pasportlarını zorla Rusiya pasportları ilə əvəzləməklə kütləvi insan haqları pozuntusunu həyata keçirib.

Sənəddə deyilir ki, Rusiya vətəndaşlığı xüsusilə də onu məcburiyyət qarşısında qəbul edənlər üçün ağır olub. Onlardan bir çoxu ya Ukrayna vətəndaşlığından imtina etməli, ya da iş yerlərini itirməli idilər.

Beləliklə, Rusiya vətəndaşlığı kriteriyasına uyğun gəlməyənlər, avtomatik olaraq vətəndaşlıqsız qalıb.

Bu prosesdə ən çox əziyyət çəkənlərin Krım tatarları olduğu bildirilir. Tatarların ən kiçik etiraz aksiyalarının belə qarşısı xüsusi zorakılıqla alınır.

Krımda vətəndaşlığı olmayan və sadəcə məskun olmaq icazəsi ilə yaşayanlar bir çox mühüm hüquqlarından məhrum olub.

Onlar səvermələrdə iştirak edə, yığıncaqlar keçirə və ya hər hansı təşkilat və biznesi qeydə aldıra bilmirlər.

Hesabatda deyilir ki, Ukrayna dili təhsil sistemindən dərhal çıxarılıb.

Bu da qeyd olunur ki, Moskva beynəlxalq qanunları kobud şəkildə pozaraq Krımdakı həbsxanalarda cəza çəkən məhkumları Rusiya həbsxanalarına köçürüb.

Hesabatda bildirlir ki, Krımın ilhaqının ardınca Rusiya Ukraynanın şərqində separatçı münaqişə yaradıb. Bu münaqişədə 2014-cü ilin martından bəri 10 mindən çox insan həlak olub.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

Abunə

XS
SM
MD
LG