Keçid linkləri

Təcili xəbərlər
2020, 23 Oktyabr, Cümə, Bakı vaxtı 14:58

Kreml cəmiyyətin kütləvi hiddətinə reaksiya verməli oldu


Sankt Peterburqda piketçi

Rusiyada mövcudluğu FTX tərəfindən iddia edilən Set (Şəbəkə) təşkilatının üzvləri kimi uzunmüddətli həbsxana cəzasına məhkum edilənlərin müdafiəsinə qalxanların sayı durmadan artır.

AzadlıqRadiosunun Rus xidməti yazır ki, fevralın 18-də Rusiya animasiya kinosunun rejissorları, animatorları, rəssamları, ssenaristləri və başqa nümayəndələri bu barədə açıq məktubu imzalayıblar.

Bu məktubda Set işi üzrə məhkum edilənlər barədə hökmə yenidən baxılması tələb edilir.

Müraciəti özünün Facebook səhifəsində rəssam-animator Anna Romanova yerləşdirib.

Xəbər verilir ki, bu müraciətə sonradan teatr tənqidçiləri də qoşulublar.

Onlar müttəhimlərə işgəncə verilməsinə dair iddiaların araşdırılmasını tələb edirlər.

Tezliklə onlarca başqa teatr xadimi də bu müraciətə qoşulub.

Prezidentin xəbəri var

Fevralın 18-də Kremldən bildiriblər ki, Rusiya prezidentinə Set işi üzrə çıxarılan hökmlər və işgəncə iddiaları barədə məlumat verilib.

Prezidentin sözçüsü Dmitry Peskov deyib ki, prezident administrasiyasına daxil olmuş informasiya hazırda araşdırılır.

Prezident yanında İnsan Haqları Şurasının sədri Valery Fadeev deyib ki, şura bu müraciətlərə münasibətini araşdırma başa çatdıqdan sonra bildirəcək.

Fevralın 18-də “Penza işi” üzrə məhkum edilmişlərin vəkilləri apellyasiya şikayəti veriblər.

Bundan əvvəl bu iş üzrə məhkum edilənlərin müdafiəsinə kinematoqrafçılar, müəllimlər, alimlər, psixoloqlar, kitab ticarətçilri və rəssamlar qalxmışdlar.

Rusiya insan haqları müdafiəçiləri bununla əlaqədar prezident Vladimir Putinə müraciət ediblər.

Moskva və Sankt Peterburq şəhərlərində məhkumların müdafiəsi üçün piketlər keçirilib.

Set işi üzrə məsələyə siyasi partiyalar da müdaxilə etməyə başlayıblar.

Müxalif Spravedlivaya Rossiya fraksiyası və onun başçısı Sergey Mironov Baş Prokurorluğa və Ali Məhkəməyə müraciət edib.

O Set işi üzrə çıxarılan hökmlərin aşırı “sərt” olduğunu bildirib.

Partiya lideri Rusiya məhkəmə sisteminin vətəndaşların qanunsuz təqib olunmasının qarşısını almaqda aciz olduğunu deyib.

Fevralın 10-da Rusiyanın Penza şəhərində iddia edilən Set təşkilatının üzvü olmaqda təqsirli bilinənlərə 6 ildən 18 ilədək iş kəsilib.

Özlərini antifaşist adlandıran gənclər onlardan etirafların işgəncə altında alındığını bildirmişdilər.

İttihamın versiyasına görə gənclər terror aktları törətmək və hakimiyyəti devirmək üçün şəbəkə icması yaradıblar.

Bu iş üzrə daha bir neçə nəfər Sankt Peterburqda həbs olunub.

Onlar da təqsirsiz olduqlarında israr edirlər.

XS
SM
MD
LG