Keçid linkləri

2017, 25 Sentyabr, Bazar ertəsi, Bakı vaxtı 05:01

Krandakı daş yoldan keçənlərin başına tökülüb


Qaldırıcı kran

Bakıda tikintidə qəza baş verib. APA xəbəri Nəsimi Rayon Polis İdarəsinə istinadən yayıb.

Xəbərə görə, hadisə oktyabrın 11-də R.Behbudov küçəsində tikilməkdə olan binada qeydə alınıb. Qaldırıcı kranda yaranmış nasazlıq səbəbindən daşla dolu yük aşıb. Nəticədə daşlar küçədə hərəkət edən şəxslərin üzərinə tökülüb.

Polisdən bildirilib ki, hadisə nəticəsində bir neçə nəfər xəsarət alıb. Xəsarət alanlar xəstəxanaya yerləşdiriliblər.

Xəbərə görə, hadisə nəticəsində 1 nəfər şok keçirib, 3 nəfər isə müxtəlif xəsarətlərlə özəl klinikalardan birinə yerləşdirilib.

Hadisə ilə bağlı tikintiyə məsul şəxslərin mövqeyi, hələlik, bəlli deyil.
Rəsmi qurumlar özləri də etiraf edirlər ki, Azərbaycandakı tikinti sektorunda təhlükəsizlik tələblərinə əməl olunmur. Üstəlik, bir çox şirkətlərdə insanlar müqaviləsiz çalışırlar.

Sənin fikrin

Şərhləri göstər

Günün bütün mövzuları

XS
SM
MD
LG