Keçid linkləri

2017, 17 Oktyabr, çərşənbə axşamı, Bakı vaxtı 17:41

Rusiyanın Voronej vilayətində polis təzə doğulmuş körpələrini satan cütlüyü həbs edib.

Hadisə vilayətin Kominternovsk rayonunda baş verib.

Milliyətcə özbək olan 29 yaşlı qadın vətəndaş nigahında olduğu 39 yaşlı kişi ilə təzəcə doğulmuş qızlarını 500 dollara satmaq istəyirmişlər.

Azadlıq Radiosu Özbəkistan xidmətinin oktyabrın 12-də verdiyi məlumata görə, onlar ifadə verərkən deyiblər ki, həmin pula bilet alıb geri-Özbəkistana dönmək istəyirmişlər.

Uşağı alan polis geyimində olub. O, küçədə uşağın valideyinlərinə pul verib və onlardan qəbz götürüb.

“Qadın və kişi vətəndaş nigahında olublar. Onları İstintaq komitəsinin əməkdaşları saxlayıb. Uşaq xəstəxanaya götürülüb”, İstintaq komitəsinin Voronej vilayəti üzrə nümayəndəsi Elena Manukovskaya deyib.

Adının çəkilməsini istəməyən voronejli müstəntiq isə Azadlıq Radiosuna deyib ki, kişi uşağın ondan olmasına şübhə edirmiş və vətəndaş nigahında yaşadığı qadını onu satmağa məcbur edib.

Müstəntiqlər hesab edir ki, qadın uşağı 2017-ci il sentyabrın 8-də kirayə yaşadıqları evdə həkimlərin köməyi olmadan doğub.

Valideyinlər uşağa doğum haqqında şəadətnamə almaq əvəzinə onu satmaq üçün tanışlarının vasitəsi ilə alıcı axtarmağa başlayıblar.

Onların sözlərinə görə, Rusiyada qeydiyyat müddətləri bitdiyindən vətənə dönməliymişlər.

Onların ikisi də insan alverinə cəhddə ittiham olunurlar və azyaşlı uşağı satmağa cəhd etdiklərinə görə Rusiyada 10 ilədək azadlıqdan məhrum oluna bilərlər.

Sənin fikrin

Şərhləri göstər

Günün bütün mövzuları

XS
SM
MD
LG