Keçid linkləri

2017, 20 Avqust, bazar, Bakı vaxtı 12:03

Şimali Koreya öz vətəndaşlarını Rusiyaya “qul” kimi ixrac edir


Peterburqdakı Zenit-Arena stadionunun tikintisində

AzadlıqRadiosunun müxbiri Tatyana Voltskaya yazır ki, Rusiyada Şimali Koreya vətəndaşlarının “qul əməyindən” istifadə olunur.

Jurnalist araşdırmasının hesabatında deyilir ki, Sankt Peterburqdakı “Zenit-Arena” stadionunun tikintisinə Şimali Koreyadan olanlar da daxil çox sayda miqrant cəlb olunub.

Məqalədə deyilir ki, 2008-ci ildən tikilən və tikintisi hələ də başa çatmayan bu stadionun “yeyinti obyekti” olmasına dair iddialar mövcuddur.

Son illərdə tikintinin icrası müxtəlif şirkətlərə həvalə olunub və hər dəfə də milyonlarla dollar vəsaitin yoxa çıxdığı məlum olub.

Bunlar öz yerində, lakin ötən il noyabrın 14-də bu statidonun tikinti meydançasında Şimali Koreyadan olan 47 yaşlı fəhlənin meyiti tapılıb.

Bu hadisə barədə ötən mart ayında Josimar jurnalında “Peterburq qulları” yazısı dərc olunub.

Bu məqlədə söhbət məhz Şimali Koreyadan olan miqrant-fəhlələrdən gedir.

Norveç jurnalistlərinin yazdığına görə bu stadionun tikintisində miqrant əməyindən istifadə məhz 2016-cı ilin noyabrında kəllə-çarxa çatmışdı. Həmin vaxt bu obyektdə 4200 miqrant işləyirdi.

Josimar jurnalının verdiyi məlumata görə 2017-ci ilin fevralında “Zenit-Arena” tikintisində çalışan fəhlələrin 55 faizini Ukraynadan, Özbəkistandan, Tacikistandan, Qırğızıstandan, Serbiyadan və Belarusdan gəlmiş miqrantlar təşkil edib. Norveç jurnalistləriin gəldiyi nəticəyə görə bu miqrantların arasında ən acınacaqlı vəziyyətdə olanlar Şimali Koreyadan gələnlərdir.

Tatyana Voltskaya dünyanın ən bahalı stadionunda miqrantlardan qul kimi istifadə edilməsi problemi ilə bağlı “Exo Moskvı v Peterburge” radiosunbun jurnalisti Artyom Filatovla söhbət edib.

Zemit-Arena stadionunun tikintisində "qul əməyindən" istifadə olunub
Zemit-Arena stadionunun tikintisində "qul əməyindən" istifadə olunub

Artyom Filatov bildirir ki, onlar srtadionun tikintisində 110 Şimali Koreya miqrantının işlədiyini dəqiqləşdiriblər. Koreyalıları iki şirkət gətirib.

Filatov bildirir ki, bu miqrantlara gördükləri işə görə gününə 10 dollar verilib və bu onlıarın öz ölkələrində “yaxşı pul” sayılır.

Buna baxmayaraq, onlar başqa miqrant fəhlələrdən qat-qat az pul alırlar. Amma yenə də, əgərŞimali Koreya miqrantları Uzaq Şərqin əmək düşərgələrində işləsəydilər aya cəmi 15 dollar alardılar, halbuki Peterburqda onlara aya 200-300 dollar verilir.

Filatovun sözlərinə görə Şimali Koreyadan olan miqrantların vəziyyəti qalanlarından müqayisəolunmaz dərəcədə ağırdır və hətta çıxılmazdır. Məsələn tacik miqrant nəsə xoşuna gəlməsə, çıxıb gedə bilər, koreyalıların belə imkanı yoxdur. Onların vətənlərində qalan ailələri, arvad-uşaqları girov kimidirlər. Burdan qaçıb getsələr, vətəndə yaxınları üçün böyük problemlər yarada bilərlər.

Peterburq miqrasiya xidmətinin rəsmi məlumatına görə şəhərdə 3500-dən artıq koreyalı miqrant var.

Artyom Filatov deyir ki, bu miqrant işçiləri Şimali Koreyadan müxtəlif şirkətlər tamamilə qanuni əsasda gətirirlər.

Jurnalist deyir ki, bunlar Kim Yong Un-un ixrac malıdır. “Daha nə ixrac edə bilər ki? Nefti yox, qazı yox...”

Onun sözlərinə görə, Rusiyasda ümumilikdə Şimali Koreyadan olan 35 min əməkçi miqrant var. Bu insanların heç bir hüquqları yoxdur. Amma məsələn, Çinlə müqayisə edəndə onların Rusiyada vəziyyəti qat-qat yaxşıdır. Eyni qaydada Çinə “ixrac olunan” işçi qüvvəsi demək olar, əmək düşərgəsi şəraitində çalışır.

Əslində Şimali Koreya işçi miqrantları Yaxın Şərqdə, hətta Avropada da tapmaq mümkündür. Amma Rusiyanın bu məsələdəki prinsipial fərqi budur ki, Şimali Koreya miqrantları burada dövlət obyektlərində çalışırlar və deməli, Rusiya dövləti “qul əməyini” istismar etmiş olur.

Tatyana Voltskayanın “Kim Yong Un-un öz ölkəsinin vətəndaşlarını ixrac etməkdə mənfəəti varmı” sualına Filatov tikinti sahəsində çalışan anonim mənbənin məlumatı ilə cavab verib.

Mexanizm sadədir. Onun yanına “qul” icarəsi ilə məşğul olan şirkətin nümayəndəsi gəlir. O özü ilə, məsələn 6 milyon dollarlıq kontrakt gətirir. Bunun 4 milyonu Şimali Koreya hökumətinə çatır, qalan 2 milyon isə koreyalı miqrantların saxlanmasına və əməklərinin ödənməsinə xərclənir. Hökumətə çatan 4 milyon dollardan yəqin ki, KXDR-in nüvə proqramına nəsə çatır...”

Günün bütün mövzuları

XS
SM
MD
LG