Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 22:37

Şimali Koreyaya qarşı sanksiyalar yekdilliklə gücləndirildi


BMT Təhlükəsizlik Şurası
BMT Təhlükəsizlik Şurası

Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurası Şimali Koreyanın 6-cı və indiyədək ən güclü nüvə sınağına görə bu ölkə üzərindəki sanksiyaların gücləndirilməsinə yekdilliklə səs verib.

Yeni qətnamə Şimali Koreyaya toxuculuq məhsullarının ixracını qadağan edir və Pxenyanın xam neft idxalına limit qoyur.

Bu, 2006-cı ildən Şimali Koreyanın ballistik raket və nüvə sınaqları ilə bağlı yekdilliklə qəbul edilmiş 9-cu qətnamədir.

Reuters agentliyi xəbər verir ki, ABŞ Pxenyanın ən yaxın müttəfiqi Çini, habelə Rusiyanı qətnaməyə tərəfdar etmək üçün onun mətnini bir qədər yumşaltmalı olub.

Toxuculuq məhsulları kömür və başqa minerallardan sonra Şimali Koreyanın ikinci ən böyük ixrac elementidir və bəzi təxminlərə görə 2016-cı ildə Pxenyana 752 milyon dollar gəlir gətirib. Şimali Koreyanın toxuculuq məhsullarının 80 faizi Çinə ixrac edilir.

Qətnamə Şimali Koreya üzərinə maye qaz qadağanı qoyur. Bundan başqa Pxenyanın emal edilmiş neft məhsulları üzərinə ildə 2 milyon barrellik limit müəyyən edilib. Şimali Koreyaya xam neftin ixracı isə builki səviyyədə dondurulur. Şimali Koreya xam nefti Çindən alır.

Adının çəkilməsini istəməyən ABŞ rəsmisi bildirib ki, Şimali Koreya ildə 4, 5 milyon barrel emal edilmiş neft məhsulları və 4 milyon barrel xam neft idxal edir.

Beləliklə Şimali Koreya üzərinə ABŞ-ın istədiyi kimi tam neft embarqosu qoyulmayıb. Bəzi rəsmilər bunu uğursuzluq saysalar da bir çox təhlilçilər belə düşünmürlər.

Onların fikrincə, ABŞ-ın təklif etdiyi ilkin variant o qədər sərt idi ki, qəbul edilmiş qətnamə bəzilərinə zəif görünə bilər.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG