Keçid linkləri

Təcili xəbərlər
2018, 14 Avqust, çərşənbə axşamı, Bakı vaxtı 21:40

Rusiya Şimali Koreya ilə danışıqlara başlayacaq


Şimali Koreya sentyabrın 16-da özünün Hwasong-12 raketini sınaqdan keçirib

Kreml bəyan edib ki, Rusiya və Şimali Koreya diplomatları sentyabrın 29-da Moskvada Koreya böhranını müzakirə edəcəklər.

Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova sentyabrın 28-də deyib ki, Rusiyanın xüsusi səfiri Oleq Burmistrov danışıqları Şimali Koreya XİN-in Şimali Amerika departamentinin baş direktoru Choe Son-hui ilə aparacaq.

Zaxarova heç bir təfərrüata varmadan deyib ki, bu danışıqlar zamanı tərəflər Koreya yarımadasında və şimal-şərqi Asiyada yaranmış vəziyyət barədə fikir mübadiləsi edəcəklər.

Sentyabrın 25-də BMT Baş Assambleyasındakı çıxışında Şimali Koreyanın xarici işlər naziri Ri Yong-ho ABŞ prezidenti Donald Trump-ı Pxenyana müharibə elan etməkdə ittiham etmiş və demişdi ki, Pxenyan Birləşmiş Ştatların bombardmançı təyyarələrini onlar hətta Şimali Koreyanın hava məkanına daxil olmadan vura bilər.

Vaşinqton bu hədələri “absurd” adlandırıb və Pxenyana təxribatlarını dayandırması üçün xəbərdarlıq edib.

Bu ay Şimali Koreya özünün ən güclü nüvə partlayışı sınağını keçirdikdən sonra BMT Təhlükəsizlik Şurası Pxenyanın üəzrinə yeni sərt sanksiyalar qoyub.

Günün bütün mövzuları

XS
SM
MD
LG