Keçid linkləri

Təcili xəbərlər
2018, 27 May, bazar, Bakı vaxtı 13:44

Kök adamlar yüksək qan təzyiqindən tutmuş, diabet, ürək xəstəliklərinə qədər bir sıra sağlıq riskləriylə daha çox üzləşirlər. Yeni bir araşdırma isə köklük və piyliliyin daha bir ölümcül xəstəliyi – süd vəzi xərçəngi riskini artırdığını iddia edir.

«Newsweek» dərgisi yazır ki, araşdırmanı Şimali Karolina Universitetinin «Lineberger» Xərçəng Mərkəzinin alimləri aparıblar. Onlar üzə çıxarıblar ki, xərçəng hüceyrələri «ətli, piyli» toxumalarda daha sürətlə inkişaf edir. Bu, özəlliklə döş xərçəngi hüceyrələrinə aiddir. Tədqiqatçılar bu qənaətə xüsusi döş xərçəngi hüceyrələrini laboratoriya şəraitində yağlı mikromühitdə əkməklə gəliblər. Onlar araşdırmanı arıq, kök və əvvəl kök olmuş laboratoriya siçanları üzərində aparıblar.

Yağlı hissələrdəki şişlər arıq modellərdən daha böyük olub. Əvvəl kök olmuş modellərdəki şişlər arıqlardan daha çox və böyük olsa da, çəkini itirəndən sonra şişlərin sayı və ölçüsü azalıb. Beləliklə, tədqiqatçılar belə bir fikir irəli sürüblər ki, çəki atmaqla xərçəng riskini azaltmaq mümkündür. Ürək xəstəlikləri və köklüklə bağlı araşdırmalar da çəkinin itirilməsiylə ürək xəstəliyi riskinin azaldığını ortaya qoyub.

Tədqiqatın nəticələri aprelin 3-də Amerika Xərçəng Tədqiqatları Assosiasiyasının illik toplantısında açıqlanıb.

Günün bütün mövzuları

XS
SM
MD
LG