Keçid linkləri

2024, 19 Mart, çərşənbə axşamı, Bakı vaxtı 11:54

Kiyevdə parlament binasının qarşısına yenidən insanlar toplaşır


Kiyev, 18 Oktyabr, 2017
Kiyev, 18 Oktyabr, 2017

Kiyevdə parlament binasının qarşısına yenidən insanlar toplaşır.

Bu barədə oktyabrın 19-da RİA Novosti məlumat yayıb.

Aksiyaçılar parlamentin qarşısındakı çadır düşərgəsinin ətrafına yığışırlar.

Amma vəziyyətin sakit olduğu bildirilir.

Kütləvi informasiya vasitələrinin məlumatına görə oktyabrın 18-i axşam saatlarında hüquq-mühavizə qüvvələri ilə aksiyaçılar arasında qarşıdurma yaranıb.

Milli Qvardiya-nın mətbuat xidmətindən verilən məlumata görə, münaqişə aksiyaçılar bir gün əvvəl qvardiyaçılardan ələ keçirdikləri qalxanları qaytarmaq istəməyəndə baş verib.

Qarşıdurmanın 10-15 dəqiqə sürdüyü bildirilir. Polis gözyaşardıcı qazdan istifadə edib.

Kiyevdə etiraz aksiyası
Kiyevdə etiraz aksiyası

Toqquşma zamanı həbs edilən 11 nəfərin hamısı az sonra sərbəst buraxılıb və onlar yenidən çadır düşərgəsinə dönüblər.

Oktyabrın 17-də Ali Radanın qarşısında hökumət əleyhinə aksiya keçirilib.

Mitinqdən sonra aksiyaçıların bir qismi parlament binasının qarşısındakı meydanda çadır düşərkəsi qurublar.

Aksiyaçılar korrupsiya əleyhinə məhkəmə yaradılması, deputat toxunulmazlığının ləğv edilməsi və yeni seçki qanunu qəbul edilməsini tələb edirlər.

Aksiyanı Odessa vilayətinin keçmiş qubernatoru Mikheil Saakashvilinin “Yeni qüvvələr hərəkatı” partiyası, habelə “Batkivşina”, “İctimai mövqee”və digər siyasi partiyalar təşkil edib.

Xatırlatma

Gürcüstan hökuməti də Saakashvili-nin həbsini və ekstradisiyasını istəyir. O, 2004-2013-cü illərdə prezident olanda mənimsəmə və vəzifəsindən sui-istifadədə ittiham olunur.

Saakashvili ittihamları rədd edir.

Saakashvili 2015-ci ildə Ukraynaya gedib və Odessa vilayətinin qubernatoru vəzifəsinə təyin edilib.

Ötən il Odessa vilayətinin qubernatorluğundan istefa verdikdən sonda Poroshenko ilə də münasibətləri pozulub və korrupsiya ilə mübarizə aparmaq üçün yeni partiya yaradaraq siyasi mübarizəyə girişib.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

Abunə

XS
SM
MD
LG