Keçid linkləri

Təcili xəbərlər
2018, 19 Fevral, Bazar ertəsi, Bakı vaxtı 18:00

“Uşağa neçə yaşından kitab oxumaq lazımdır” sualına yeni elmi araşdırma “6 aylığından” cavabını verib.

ABŞ-da mənzillənmiş Pediatriya Alimləri Cəmiyyətinin təqdim etdiyi elmi nəticələrə görə valideynlər uşaqları üçün kitabları çox erkən yaşdan oxumağa başlamalıdırlar.

Bu nəticəyə gəlməzdən əvvəl 250 ana və körpə 4 il müddətində müşahidə edilib.

4 ildən sonra bu uşaqların savad dərəcələri və oxu qabiliyyətləri qiymətləndirilib.

Monitorinq zamanı uşaqlara neçə kitab oxunması, evdə neçə kitab olması və oxuya həsr edilən vaxt faktorları nəzərə alınıb.

Analara uşaqların kitablara münasibəti, şəkillərin onlarda doğurduğu marağa dair suallar verilib.

Gəlinən başlıca nəticə belə olub ki, körpəliyindən kitablarla tanış edilən uşaqlar sonrakı yaş mərhələlərində daha yaxşı oxu göstəriciləri nümayiş etdirirlər.

Bu da qeyd olunur ki, uşaqlara körpəlikdən kitab oxunması, həm də gələcəkdə onlarda söz ehtiyatının zəngin olmasının əsasını qoyur.

Alimlər məsləhət görürlər ki, körpələrin onlara oxunanları başa düşməməsindən narahat olmaq lazım deyil, çünki bunun bəhrələri uşaq artıq birinci sinfə gedəndə hiss ediləcək.

Günün bütün mövzuları

XS
SM
MD
LG