Keçid linkləri

Təcili xəbərlər
2018, 25 Aprel, çərşənbə, Bakı vaxtı 11:01

Türkiyə Kipr yunanlarına və neft şirkətlərinə sərt xəbərdarlıq edir


Türkiyə Kipr yunanlarına ikiyə bölünmüş adanın ətrafındakı enerji yataqlarına “əl qoymamaq” xəbərdarlığı verib.

Prezident Erdoğan bununla yanaşı xarici neft şirkətlərini bu yataqlarla bağlı sazişlərə girərək “dost ölkəni” itirməməyə çağırıb.

Reuters agentliyi yazır ki, Kiprin türk və yunan tərəflərinin birləşdirilməsi üçün uzun müddətdir aparılan danışıqlar iyulun 7-də böyük bir hiddət və fikir ixtilafı ilə iflasa uğrayıb.

Türkiyənin baş naziri Binali Yıldırım İstanbulda keçirilən enerji konfransında Kipr yunanlarını uğursuz nəticələnən danışıqların ardınca “birtərəfli tədbirlərdən” çəkinməyə çağırıb.

Reuters Yıldırımın bu bəyanatını onun beynəlxalq aləmdə tanınan yunan Kipr hökumətinə Aralıq dənizindəki karbohidrogen yataqlarının təkbaşına inkişaf etdirilməsindən çəkinmək xəbərdarlığı kimi qiymətləndirib.

Yıdırım deyib ki, adanın ətrafındakı karbohidrogen yataqları hər iki icmanın mülkiyyətidir.

Elə həmin konfransda az sonra çıxış edən Erdoğan daha sərt bəyanatlar verib. O neft şirkətlərini Kipr yunanları ilə birtərəfli danışıqlara girməyəyə çağırıb.

O deyib ki, beynəlxalq neft şirkətləri Kipr yunanlarının “məsuliyyətsizilyinin iştirakçısına” çevrilməməlidir.

Erdoğan deyib ki, əks halda bu şirkətlər “Türkiyə kimi bir dostu itirə bilərlər”.

Kipr yunanları və Total geriyə çəkilmir

Kipr yunanları isə bildiriblər ki, adanın ərazi sularındakı karbohidrogen yataqlarının işlənməsi onların suveren haqqıdır. Reuters yazır ki, Kipr yunanları əksər qonşuları ilə dəniz sərhədi demilimitasiyasını başa çatdırıblar.

İyulun 9-da Kipr prezidenti Nicos Anastasiades deyib ki, Türkiyənin narazılığına baxmayaraq qazma işlərinin başlanması ləngidilməyəcək.

Kipr prezidenti Anastasiades Türkiyənin xəbərdarlığından narahat deyil
Kipr prezidenti Anastasiades Türkiyənin xəbərdarlığından narahat deyil

Kipr yataqlarının inkişaf etdirilməsi üçün lisenziyaları İtaliyanın ENI, ExxonMobil, Fransanın Total and Koreyanın KOGAS şirkətləri əldə ediblər.

Total-ın West Capella qazma gəmisi artıq Kipr istiqamətində hərəkətə başlayıb.

İstanbul konfransında Reuters-in sualına cavab verərkən Total şirkətinin inkişaf və hasilat üzrə prezidentiArnaud Breuillac deyib ki, bu məsələdən “heç bir narahatlığı yoxdur”.

Kiprin iki icması arasında BMT-nin himayəsi altında İsveçrədə keçirilən danışıqlar tərəflərin bir-birinin üstünə səsini qaldırması ilə başa çatıb.

Türkiyə Kiprin türklər yaşayan hissəsində 30 minlik əsgəri qüvvə saxlayır.

Günün bütün mövzuları

XS
SM
MD
LG