Keçid linkləri

2017, 26 İyun, Bazar ertəsi, Bakı vaxtı 02:23

100-dək ölkədə kütləvi ‘reket kiberhücumu’ qeydə alınıb


Bütün dünya boyunca şirkət və qurumlar internetdə kütləvi reket hücumuna məruz qalıb. Bunların arasında Britaniyanın Dövlət Səhiyyə Sistemi, Rusiyanın Daxili İşlər Nazirliyi, İspaniyanın bir çox şirkətləri var.

Haker hücumuna məruz qalmış şirkətlərdə on minlərlə kompüter WannaCry kimi tanınan ziyanlı proqram tərəfindən bağlanıb. Bu proqram hücum etdiyi vahidlərdən bitcoin internet pulu ilə 300 dollar tələb edir.

Bəzi xəbərlərə görə, 99 ölkədə 50 min hücum qeydə alınıb. Bu ölkələrin arasında Birləşmiş Ştatlar, Britaniya, Çin, Rusiya, İspaniya, İtaliya və Tayvan da var.

Ekspertlər deyirlər ki, bu kütləvi hücuma səbəb The Shadow Brokers adı ilə tanınan qrupun fəaliyyəti olub. Qrup bu yaxınlarda ABŞ Milli Təhlükəsizlik Agentliyindən haker üsulu ilə ələ keçirdiyini iddia etdiyi haker alətlərini internetə sızdırmışdı.

TASS xəbər agentliyi Rusiya DİN-in sözçüsü İrina Volka istinadən xəbər verir ki, nazirliyin yalnız minədək kompüteri bu hücumdan təsirlənib. Bu, DİN sistemindəki bütün kompüterlərin 1 faizi qədərdir.

Volk deyib ki, ekspertlərin əməyi sayəsində nazirliyin serverlərinin müdafiəsi təşkil edilib.

Britaniyada milli səhiyyə sisteminə daxil 16 qurum kompüter hücumuna məruz qalıb.

Bruitaniyanın baş naziri Theresa May deyib ki, səhiyyə sistemi qlobal hücumun bir qolunun zərbəsinə məruz qalıb, başqa sözlərlə, Britaniya spesifik olaraq hədəflənməyib.

İnternet təhlilçiləri bildirirlər ki, kiberhücumun əsas hədəflərinin Rusiya, Ukrayna və Tayvanda olduğu düşünülür, amma çox sayda başqa ölkələr də “yan hücumlara” məruz qalıb.

Günün bütün mövzuları

XS
SM
MD
LG