Keçid linkləri

Təcili xəbərlər
2018, 20 Aprel, Cümə, Bakı vaxtı 01:31

Hindistanın Kəşmirin onların nəzarətində olan hissəsində aparılan xüsusi əməliyyat zamanı 4 yaraqlı öldürülüb, 3 hüquq-mühafizə orqanı əməkdaşı həyatını itirib.

Yerli rəsmilər bildiriblər ki, yaraqlılar Kəşmirdə bir kənddə gizləniblər.

Hərbçilər və polis yaşayış məntəqəsini mühasirəyə alıb, daha sonra isə yaraqlıların axtarışına başlanıb.

Yaraqlılar silahlı müqavimət göstəriblər.

Kəşmir 1947-ci ildən Hindistan və Pakistan arasında iki yerə bölünüb. Hər iki tərəf Kəşmirin onun ərazisi olduğunu iddia edir, bu səbəbdən iki dövlət arasında münasibətlər gərgindir.

Günün bütün mövzuları

XS
SM
MD
LG