Keçid linkləri

2024, 19 Mart, çərşənbə axşamı, Bakı vaxtı 09:05

İraq Kərkük yaxınlığındakı bütün neft mədənlərini kürdlərdən geri alıb


İraq əsgəri Kərkük neft mədənlərinin qapısında
İraq əsgəri Kərkük neft mədənlərinin qapısında

Reuters agentliyi xəbər verir ki, İraq hökumət qoşunları ölkənin şimalındakı əraziləri kürd qüvvələrindən geri almaqda davam edir. Xəbərdə deyilir ki, bu hücumlar bölgədəki qüvvələr balansının “bir gecədə heyrətamiz şəkildə dəyişdiyini” göstərir.

Bu da xəbər verilir ki, hökumət qoşunlarının “ildırım sürətli hücumları” nəticəsində oktyabrın 17-də kürd qüvvələri İran sərhədi yaxınlığındakı mübahisəli Xanegin şəhərindən geri çəkilib.

İraq qoşunları habelə Kərkük yaxınlığındakı son iki neft mədənini peşmərgə qüvvələrindən geri alıb.

Hökumətyönlü şiə qüvvələri
Hökumətyönlü şiə qüvvələri

Reuters yazır ki, hökumət qüvvələrinin hücum əməliyyatları nəticəsində şimali İraqın xəritəsi sürətlə dəyişir.

Bu arada İraqın baş naziri Haider əl-Abadi oktybarın 17-də deyib ki, “kürdlərin müstəqillik referendumu artıq keçmişdə qaldı” və Bağdad dialoqa hazırdır.

Kürd Regional Hökumətinin başçısı Məsud Bərzani deyib ki, müstəqillik referendumu əbəs olmayıb. O dialoqa çağırmasa da, deyib ki, kürdlər heç vaxt müharibə tərəfdarı olamyıblar.

Kərkük və neft qiymətləri

Reuters bunu da bildirir ki, İraqın əsas neft rayonlarında döyüş əməliyyatlarının getməsi xam neftin qiymətlərini yüksəldib. Hazırda Brent markasından olan neftin bir barrelinin qiyməti 58 dollardır.

Bağdaddakı neft rəsmiləri oktyabrın 17-də bildiriblər ki, Kərkük ətrafındakı neft mədənlərində iş normaldır.

Bu da xatırladılır ki, kürd muxtariyyətinin hüdudundan kənarda yerləşən Kərkük mədənləri İraqın Northern Oil Company şirkətinin əsas bazasıdır. Bu, iki nəhəng dövlət şirkətindən biridir.

İraqın neft naziri Cabbar əl-Luaybi deyib ki, indi Bağdad neft hasilatını iki dəfə artıraraq günə 1 milyon barrelə çatdıracaq.

Vaşinqtonun dilemması

Reuters yazır ki, İraq ordusunun şimala doğru irəliləməsi Vaşinqton üçün dilemma yaradır, çünki ABŞ hər iki tərəfi İslam Dövləti ekstremist qruplaşması ilə mübarizə üçün dəstəkləyib və təlimləndirib.

ABŞ prezidenti Donald Trump deyib ki, “onların bir-biri ilə vuruşması bizim xoşumuza gəlmir”.

İraq tankı Kərkük yaxınlığında
İraq tankı Kərkük yaxınlığında

Bununla belə İraq ordusu kürd ərazilərinə, əsasən müqavimət görmədən irəliləyib.

Oktyabrın 17-də Kərkükün küçələrindəki bütün yaşıl-qırmızı-sarı kürd bayraqları endirilib.

Reuters yazır ki, ərazilərin, xüsusilə də Kərkükün itirilməsi kürdlərin müstəqillik ambisiyalarına güclü zərbə olub.

İndi bir çox sadə kürdlər Kürdüstan Regional Hökumətini “vaxtsız və düşünülməmiş” referendum keçirdiyinə görə qınamağa başlayıblar.

“Düşünülməmiş referendum”

Pensiyada olan bir kərküklü kürd müəllim Reuters müxbirinə deyib ki, “bizim liderlərimiz bizi düzdə qoydular və indi gələcəyimiz naməlumdur”.

Universitet mühazirəçisi Salar Osman Amin kürd hakimiyyət orqanlarını vaxtsız referenduma görə tənqid edib.

O deyib: “İndi bizi sındırıblar. Referendum fəlakətli qərar idi. Bizim kürd rəhbərliyimiz müstəqillik referendumu barədə qərarı verməzdən əvvəl yaxşıca düşünməli idi. İndi isə biz son üç ildə əldə etdiklərimizi itirmişik”.

Reuters yazır ki, son uğursuzluqlar İraq kürdlərinin iki siyasi fraksiyası Kürdüstan Demokratik Partiyası və Vətənpərvər İttifaq (PUK) arasındakı uçurumu daha da dərinləşdirib.

Bərzani ərazilərin itirilməsinə görə döyüş mövqelərini tərk etmiş PUK peşmərgələrini ittiham edib.

PUK-un mərhum rəhbəri Talabaninin dul xanımı bu iddiaları rədd edib.

Reuetrs yazır ki, son hərbi uğurlar İraq baş naziri Haider əl-Abadinin mövqelərini son dərəcə möhkəmləndirib.

Xəbərdə deyilir ki, son döyüş əməliyytaları kürdləri 2014-cü ildən əvvəlki status quo-ya qaytarıb. Bu status quo indilik müstəqil Kürdüstan yox, muxtar Kürdüstan deməkdir.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

Abunə

XS
SM
MD
LG