Keçid linkləri

Təcili xəbərlər
2021, 16 Oktyabr, şənbə, Bakı vaxtı 18:49

Tövlədə işlər əvvəl yaxşı gedirdi... [video]


Nizaməli Süleymanov 2004-cü ildə Kapital Bankdan kredit götürüb, 4 inək alır və cəmi 5 ilin içində onların sayını 36-ya çatdırıb. Öz fermer təsərrüfatını inkişaf etdirmək üçün yeni tövlələr də tikdirib...

O vaxt ümid edirmiş ki, Sahibkarlığa Milli Kömək Fondundan aşağı faizlə kredit götürüb, borclarını rahatca qaytaracaq, təsərrüfatını inkişaf etdirəcək.

"DÖVLƏT MƏNƏ ŞƏRAİT YARATSIN İŞLƏYİM, YARATMIR AXI"

Amma dövlətin sahibkara verdiyi güzəştli kredit onun üçün əlçatan olmur. Nəticədə Kapital bankdan aldığı krediti də qaytara bilmir. Bank da onu məcbur edir ki, malların hamısını satsın. Bircə inəyi qalır. Deyir ki, dövlət sahibkara əl uzatsaydı, işləri də axarıyla gedərdi:

Buna da bax:​ Azərbaycanın xarici borcu artıq 10 milyardı keçdi... [video]

"Beş ilin içində 4 baş inəyi 36 başa çatdıran adamam mən. Bax, çolaq idi deyə o inəyi alan olmadı. Onun da ayağı düzəldi, indi doğub 5 inək olub. O beş inəkdən də 3-ü doğasıdı. Onların sayı 8 olandan sonra bilmirəm neyləyim? İqtisadiyyata dövlətin bu cür yanaşması qəbuledilməzdir. Mənim əlimdən əkinçilik, maldarlıq, quşçuluqdan başqa iş gəlmir ki, gedim onu edim. Dövlət mənə şərait yaratsın işləyim də. Yaratmır axı, mənə şərait".

Nizaməli Süleymanov təəssüflənir ki, sahibkarın o qədər problemi var ki, saymaqla bitməz. Sahibkara verilən kreditdən tutmuş, baha yonca tayalarına qədər.

"STRATEJİ YOL XƏRİTƏSİ, YOXSA TƏKLİFLƏR PAKETİ?"

Elə Nizaməli Süleymanov kimi saysız-hesabsız problemlərlə üzləşən sahibkarlara dəstək olmaq üçün hökumət yeni yol xəritəsi hazırlayıb: Kənd Təsərrüfatı məhsullarının istehsalına və emalına dair strateji yol xəritəsi.

Buna da bax:​ Əhali 1 milyard manatdan çox kredit faizi ödəyib

Bu xəritədə 2020-ci ildə yerli və xarici bazara rəqabətli, ekoloji təmiz məhsul çıxarmaq, kənd təsərrüfatını inkişaf etdirmək üçün dövlətin sahibkara hər cür qayğı göstərməsi nəzərdə tutulub.

Aqrar məsələlər üzrə ekspert Vahid Məhərrəmov sənədi – kənd təsərrüfatı sahəsindəki problemləri önləmək üçün təkliflər paketinə daha çox bənzədir, nəinki strateji yol xəritəsinə. Hökumət yol xəritəsini gerçəkləşdirməyə 1 milyard dollar ayırmağı nəzərdə tutur. Vahid Məhərrəmov qarşıdakı 3 ildə qarşıya qoyulan hədəflərə çatmağı elə də real saymır:

“Birincisi ona görə ki, indiki iqtisadi böhran dövründə sual yaranır ki, bu qədər vəsait tapmaq mümkün olacaqmı? Yaxşı olardı ki, bu sənəd hazırlanarkən müəyyənləşdiriləydi ki, bizim hansı resurslarımız var. Kənd təsərrüfatını inkişaf etdirmək üçün bu resurslardan necə yararlanmaq olar? Orda düzdür, bir sıra təkliflər verilir. Təkliflər də yeni deyil, illərdir bizim mətbuatda səsləndirdiklərimizdir. Ancaq burada da bir sistemsizlik var. Kənd təsərrüfatı kompleks yanaşmanı tələb edir: hazırda durum necədir, hansı problemlər var, bu problemlərin həlli üçün hansı tədbirlər görülməlidir”.

Buna da bax:​ 'Hakim elita zərəri kasıb təbəqəyə ödətdirir'

200 İXTİSASLI FERMER, 20 MİN YENİ İŞ YERİ...

Vahid Məhərrəmovun sənəddə razılaşmadığı məqamlardan biri də Dövlət Statistika Komitəsinin rəqəmlərinə istinaddır. Onun fikrincə, Statistika komitəsinin məlumatları gerçəklikdən o qədər uzaqdır ki, bununla problemi daha dərindən görüb, həll etmək mümkün deyil.

Hökumət 2020-ci iləcən kənd təsərrüfatı məhsullarının istehsalı və emalı sahəsində 20 min yeni iş yeri yaratmaq, ət istehsalını 20 faiz, süd istehsalını 30 faiz artırmaq, 200 ixtisaslı fermer hazırlamağı hədəfləyir.

Bu strateji yol xəritəsinin hədəfləri sırasına əkin sahələrinin 5 faiz artırılması, bütün aqraryönlü ixtisaslar üzrə ali təhsil müəssisələrində təhsil alanların sayının 20 faiz artırması, fermerlərin texnika ilə təminatı və sair də daxildir. Sahibkar Nizaməli Süleymanov özünü hazır, həm də işini bilən fermer hesab edir. Deyir ki, onun qarşısındakı əngəl sahibkara işləmək üçün imkan yaradılmamasıdır. Elə xəritədə də bu cür imkanların yaradılmasını görmək istəyir:

Buna da bax:​ Turizmin də strateji xəritəsi açıqlandı

“Biz nə görmək istərdik? Bizə kredit verilsə, əkinçiliyimizi, maldarlığımızı, quşçuluğumuzu inkişaf etdirərdik, artırardıq. Amma bu vədlərdən çox eşitmişik. Prezidentə sahibkar axırıncı çörək pulunu verib, ard-arda teleqramlar göndərirsə, bunların birinə də cavab gəlmirsə, sahibkar bunların sözünə necə inansın”.

YARIDA QALAN FERMERLİK ARZULARI...

Nizaməli Süleymanov bizi boş qalan tövlələrində gəzdirir. Hələ elə tövlələri də var ki, tikintisi yarımçıq qalıb. Deyir ki, tövlələri sahibkarlığa milli kömək fondundan kredit ala biləcəyinə ümid edib, tikdirirmiş amma kredit ala bilməyəndən sonra uğurlu fermerlik arzuları kimi bu tövlələrin də tikintisi yarıda qalıb.

Buna da bax: Şahmar Mövsümov: 'Yeni iqtisadi model axtarışı başlayıb'

Bəs, qərarı verən siz olsaydınız, kənd məhsullarının istehsalını artırmaq üçün birinci hansı işlərdən başlayardınız? Sualı Bakı sakinlərinə vermişik.

Kənd təsərrüfatında istehsalı artırmaq üçün nədən başlayardız?
Gözlə

No media source currently available

0:00 0:01:07 0:00

Azərbaycan hökumətinin kənd təsərrüfatının inkişaf etdirmək üçün bundan öncə də bir çox proqramları olub. Amma bəzi müstəqil ekspertlər düşünürlər ki, öncəkilərdən fərqli olaraq, bu dəfə hökumət vəziyyəti düzəltməyi qarşıya məqsəd kimi qoyub.

XS
SM
MD
LG