Keçid linkləri

Təcili xəbərlər
2018, 19 Dekabr, çərşənbə, Bakı vaxtı 16:24

Keçmiş deputatın oğlunun həbs edildiyi deyilir


Keçmiş deputat Qalib Salahzadə

Keçmiş deputat Hacı Qalib Salahzadənin oğlunun həbs edildiyi bildirilir.
Əlihüseyn Salahzadə barəsində “Azərsu” ASC-nin nəzarətçisini döydüyü iddası ilə, sentyabrın 13-də həbs qətimkan tədbiri seçildiyi bildirilir.

Bu barədə APA agentliyi xəbər yayıb.

Keçmiş deputatın oğluna Cinayət Məcəlləsinin 315.2 maddəsi ilə (Hakimiyyət nümayəndəsinə qarşı müqavimət göstərmə və ya zor tətbiq etmə) ittiham irəli sürüldüyü bildirilir. Cinayət qanunvericiliyində sözügedən əmələ görə, üç ildən yeddi ilə kimi azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulur.

Q. Salahzadənin də oğlunun həbs xəbərini təsdiqlədiyi deyilir. Ancaq onun oğlunun həbsinin sifarişli olduğunu, ittihamlarla razılaşmadıqlarını bildirdiyi söylənir.

Buna da bax: Hacı Qalibə qəfil cavab....

Verilən məlumata görə, hazırda Bakı İstintaq Təcridxanasında saxlanan Əlihüseyn Salahzadə barəsində həbs qətimkan tədbirinin seçilməsini nəzərdə tutan qərardan artıq, apellyasiya şikayəti verilib. Cinayət işi Nəsimi RayonProkurorluğunun icraatındadır.

Yayılan məlumata görə, keçmiş deputatın oğlunun həbsinə səbəb olan insident sentyabrın əvvələrində, Qurban Bayramı günlərində baş verib. Əlihüseyn Salahzadə ilə “Azərsu” ASC-nin əməkdaşı Elbəyi Mirzəliyev arasında mübahisənin baş verdiyi,keçmiş deputatın oğlunun ona xəsarət yetirdiyi bildirilir.

Buna da bax: Azərbaycanlı deputat 27-ci dəfə Həccə gedib

Əlaqəli qurumlar həbs olayı ilə bağlı rəsmi açıqlama verməyiblər.

Keçmiş deputat Q.Salahzadə Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) rəhbəri Allahşükür Paşazadənin qudasıdır. Bu günlərdə Allahşükür Paşazadənin oğlunun ailəsi ilə birgə Azərbaycanı tərk etməsi haqda da məlumatlar yayılıb. Ancaq Qafqaz Müsəlmanları İdarəsi sentyabrın 18-də bəyanata yayaraq, bu məlumatı təkzib edib.

Həmin bəyanatda qeyd edilir ki, son günlər Allahşükür Paşazadə ilə bağlı yayılan məlumatlar iftira xarakterlidir, onun şəxsinə və Şeyxülislam məqamında fəaliyyətinə kölgə salmaq məqsədi güdür.

Buna da bax: Şeyxin qudası da siyahıdan kənarda qaldı

Günün bütün mövzuları

XS
SM
MD
LG