Keçid linkləri

2017, 22 Oktyabr, bazar, Bakı vaxtı 17:54

Goranboyun Xanqərvənd kəndinin sakini, uzun illərdir kartofçuluqla məşğul olan Daşdəmir Səfərov hər il kartof yığımı başlayanda əziyyət çəkdiyini deyir. Onun sözlərinə görə, torpağa əkdiyi yüz kilolarla kartofdan, heç başa-baş da olsa, məhsul götürəcəyinə inanmır. Səbəb suvarmadakı çətinlikdir. Üstəlik də, olan-qalanı yığacağına indidən texnika axtarır:

Buna da bax:​ Kartof becərən sahibkarlar gömrük rüsumlarının çoxluğundan şikayətlənirlər...

KASIB KƏNDLİYƏ NÖVBƏ ÇATINCA...

"Aradabir yağış özü sahəni suvarır, ancaq quraqlıq keçəndə kartof torpağın altında çürüyür, zay olur. Onsuz da yığıma qədər susuzluqdan torpağın altında əkdiyimizin yalnız bir hissəsi əmələ gəlir, onu da yığmaqda çətinlik çəkirik. May gələndə texnikalar müəyyən adamların sahəsinə gedir, kasıb kəndliyə növbə çatınca vaxtında yığılmadığından məhsul çürüyür”.

Kənd sakini Xalid Qafarov da məhsulu yığmaqda çətinlik çəkir:

"Bir neçə günə "Aqrolizinq"ə gedəcəm, ancaq indidən cavablarını bilirəm. Həyətdə işləməyən texnikaları göstərib deyəcəklər, olanımız budur, xarabdır, düzələndə gələrsən".

Buna da bax:​ Qovlar sakini: '6 aydır su maşını suyu nisyə gətirir'

BÜTÜN QIŞI SU OLUB

Gədəbəy rayon icra hakimiyyətindən “Qaynar xətt”ə bildirilib ki, kartof suvarma mövsümündə su problemi olmur: “Kənddə su problemi, əsasən, yayda olur. Məsələn, indi su var. Bütün qışı da su olub. Kartofun suvarılmasında problem olmayıb. Bir azdan əkin sahələrinə suvarma suyu azalacaq. Bu da quraqlıqla əlaqəlidir. Həm də Sərsəng su anbarının yerləşdiyi kənd işğal altındadır deyə, susuzluq problemi yaranır”.

Tərtərçayın üzərində yerləşən Sərsəng su anbarının ermənilərin nəzarətində olmasından təkcə xanqərvəndlilər yox, ümumilikdə 6 rayonun əhalisi əziyyət çəkir. Hər il yay mövsümü yaxınlaşanda Goranboy, Tərtər, Bərdə, Ağdam, Ağcabədi və Yevlax rayonlarından “Qaynar xətt”ə eyni məzmunlu şikayətlər gəlir.

Buna da bax:​ 'Şor sudur, olan budur'

MÖVSÜMİ ANBAR TİKİLSƏYDİ...

Kənd təsərrüfatı üzrə ekspert Füzuli Hüseynov deyir, Gədəbəy kartofunun yeri bazarda xüsusidir. Alıcılar bazarda, əsasən, bu rayonun kartofuna üstünlük verilir. Elə Gədəbəyin kəndlərində də daha çox kartofçuluqla məşğul olurlar. Ancaq əkinçilər həm texnika, həm də suvarma sarıdan əziyyət çəkdiklərindən son illər bazarda da Gədəbəy kartofunun yerini İran kartofu “mənimsəyib”: “Yerli kartofu yerli bazarlara kəndlilər çıxarır. Keyfiyyəti əvvəlki deyil. Bu da kartofun düzgün suvarılmamasından, vaxtında yığılmamasından irəli gəlir. Məsələ burasındadır ki, uyğun qurumlar qışda normasında gələn su üçün ayrıca anbar tikib həmin suyu yaya ehtiyat kimi saxlaya bilərlər. Axı Sərsəng su anbarının ermənilərin nəzarətinə keçməsindən illər ötür, indiyədək bunu bəhanə etməkdənsə, bu illər ərzində mövsümi anbar tikməyin daha çox faydası olardı".

Buna da bax: Əkin sahələri azalıb

TEXNİKA BƏRABƏR BÖLÜNSƏ...

Kənd Təsərrüfatı Nazirliyindən verilən məlumata görə, Azərbaycan xaricdən 6 min ədəd kənd təsərrüfatı texnikası alır. Həmin texnikaların 5 faizi artıq alınaraq “Aqrolizinq” ASC təchizat bazasına çatdırılıb. Bu ilin əvvəlindən 115 traktor, pambıq və şəkər çuğunduru becərilməsindən ötrü 973 müxtəlif texnika gətirilərək kənd təsərrüfatı istehsalçılara verilib.

Kənd təsərrüfatı texnikası daha çox pambıq istehsalı ilə məşğul olan şirkətlərin sifarişləri əsasında alınır. Bu tələbata görə, 150 pambıqyığan maşının, 1270 müxtəlif markalı şum və becərmə traktorunun, 4 min 182 müxtəlif təyinatlı kənd təsərrüfatı texnikasının gətirilməsi də nəzərdə tutulub. Bir sıra kənd təsərrüfatı texnikası növlərinin isə Gəncə Avtomobil zavodu və “Kaspi-Yildiz” Azərbaycan-Türkiyə birgə müəssisəsində yığıldığı bildirilir.

Buna da bax:​ Prezident: 'Kartofla təminat bir az aşağı düşüb'

Ekspert Füzuli Hüseynov deyir, son illər kənd təsərrüfatının inkişafına dövlət büdcəsindən yetərincə maliyyə ayrılıb: "Bu vəsaitin böyük hissəsi aqro-texnikanın alınmasına sərf olunub. Hətta bu il də 6 min texnika alınıb. Ancaq nə qədər ki, bu texnikalar müəyyən sahibkarların inhisarında olacaq, kənd təsərrüfatı sahəsindəki inkişaf 3-4% artımdan o tərəfə keçməyəcək".

Siz də şikayətinizi buradan göndərə bilərsiz

  • Zəhmət olmasa təhlükəsizlik üçün nəzərdə tutulan sualları cavablayın *

ƏLAQƏ ÜÇÜN

Çəkdiklərinizi, eləcə də şikaylətlərinizi bizə WhatsApp-dan başqa,

XS
SM
MD
LG