Keçid linkləri

Təcili xəbərlər
2018, 15 Avqust, çərşənbə, Bakı vaxtı 12:59

Özbəkistan Qulnara Karimovanın Moskvadakı mülkiyyətini dondurtmaq istəyir


Qulnara Karimova

Özbəkistan Baş Prokurorluğu Rusiya hakimiyyət orqanlarından keçmiş avtokrat prezident İslam Karimovun qızı Qulnara Karimovanın Rusiyadakı mülkiyyətinin dondurulmasını rica edib.

Rusiya Baş Prokurorluğu avqustun 24-də Özbəkistandan belə bir müraciət alındığını və hazırda buna baxıldığını bildirib.

Özbəkistanın Baş Prokurorluğu bildirib ki, Qulnara Karimova 2015-ci ildə ona qarşı irəli sürülmüş ittihamlar əsasında hazırda həbs altındadır və davam edən istintaqda ona qarşı yeni ittihamlar ortaya çıxa bilər.

İyulun 28-də yayılmış bəyanatda ölkənin baş prokurorluğu bildirir ki, Daşkənd 12 ölkədə Karimovaya məxsus 1. 5 milyard dollarlıq mülkiyyətin dondurulmasına çalışır. Moskvadakı penthaus mənzili, villa kompleksi, səkkiz mənzil, mehmana şəhərciyi, malikanə və torpaq sahəsi də bura daxildir.

Bəyanatda bu da iddia edilir ki, Karimova qanunsuz yollarla 590 milyon dollarlıq aktivlər əldə edib və “otkat” şəklində 870 milyon dollar rüvşət alıb.

45 yaşlı Karimova bir vaxtlar yüksək cəmiyyətdə kübar qadın, moda dizayneri, pop müğənnisi və ölkəsinin BMT-dəki səfiri olmuşdu. Ona atasının real varisi kimi baxılırdı.

Lakin o Özbəkistanda böyük maliyyə cinayətləri qalmaqalının mərkəzinə çevrildikdən və şəriklərinin əksəriyyəti həbsxanalara salındıqdan sonra nəzərdən itib.

Bir çox xəbərlərə görə Karimova 2014-cü ildən bəri ev dustağıdır.

Günün bütün mövzuları

XS
SM
MD
LG