Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 14:29

Ermənistanın baş naziri İranda əsasən qaz məsələsini müzakirə edib


Ermənistanın baş naziri Karen Karapetyan Tehranda İrandan qaz alınması və Türkmənistan qazının İran ərazisindən Ermənistana daşınması məsələlərini müzakirə edib.

Bu barədə İran neft nazirinin müavini Əmirhüseyin Zamaniniayi məlumat verib.

Karen Karapatyanın İrana ikigünlük səfəri oktyabrın 10-da baş çatıb.

O, səfər zamanı İran prezidenti Həsən Rouhani, parlamentin sədri Əli Laricani və digər ölkə rəsmiləri ilə görüşüb.

Hassan Rouhani və Karen Karapetian
Hassan Rouhani və Karen Karapetian

Amma ən vacib görüş neft naziri Bijan Zanganeh ilə olub.

Görüşdə Ermənistanın İrandan qaz alması məsələsi müzkirə olunub, xüsusilə də “Qaz əvəzinə elektrik enerjisi” , “Meqrin QES” və Ermənistan-İran-Türkmənistan üçtərəfli əməkdaşlıq proqramlarının genişləndirilməsi məsələləri müzakirə olunub.

​Nazir müavini Əmirhüseyin Zamaniniayi-nin sözlərinə görə, İran Türkmənistan qazının öz ərazisindən Ermənistana daşınmasını dəstəkləməyə hazır olduğunu bildirib.

Azadlıq Radiosunun Ermənistan xidməti yazır ki, bu ilin avqustunda bəlli oldu ki, Yerevanla Tehran İrandan alınan qazın 2,5 dəfə artırılmasını müzakirə edirlər.

Amma yeni razılaşmaya görə Ermənistan İrana bunun əvəzində elektrik enerjisi yox, pul ödəyəcək.

Ermənistan prezidenti Serz Sarkisian isə avqustun əvvəllərində Tehrana səfəri ərəfəsində İranın “Şərq” qəzetinə müsahibəsində , İran qazının Ermənistan ərazisi ilə Avropaya nəqli məsələsinin ekspertlər səviyyəsində müzakirədə olduğunu demişdi.

Amma mənbənin yazdığına görə son illər İrandan alınan qazın həcmi azalıb.

Mənbə yazır ki, Ermənistan hazırda iki ölkədən-Rusiya və İrandan qaz alır və görünür son vaxtlar İrandan idxal olunan qazın həcmi Rusiya qazının xeyrinə azaldılıb.

Əgər 2012-ci ildə Ermənistanın qaza olan təlabatının 19,8 faizini İran verirdisə, bu rəqəm ötən il 16,6 faizə düşüb.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG