Keçid linkləri

Təcili xəbərlər
2018, 25 May, Cümə, Bakı vaxtı 13:11

Jurnalistin 70 yaşlı anası dindirmədən sonra reanimasiyaya düşüb


Həbsdə olan jurnalist Əziz Orucov

Jurnalistin anası prokurorluqda dindirilib... Ardınca reanimasiyaya yerləşdirilib.

Bu gün, iyunun 22-də həbsdəki jurnalist Əziz Orucovun (Qaraşoğlu) anası Almaz Həsənova Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsinə aparılıb.

Bu haqda jurnalistin Avropada yaşayan qardaşı Anar Orucov məlumat verib.

A.Orucovun bildirdiyinə görə, anasını adıçəkilən idarədə müstəntiqlər Ramiq Babayev və Orxan Babayev 3 saat dindiriblər.

Buna da bax:​ Jurnalist ev dustaqlığına buraxılmadı

“Dindirmədən sonra anamı təcili tibbi yardımla xəstəxanaya aparıblar. Onu reanimasiyaya yerləşdiriblər”, – Anar Orucov bildirib.

Onun sözlərinə görə, anası 70 yaşındadır, bir müddət əvvəl isə insult keçirib.

Baş Prokurorluğun mətbuat xidmətində və Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsindən, hələlik, bu deyilənlərə münasibət almaq mümkün olmayıb.

Həbsdəki jurnalist Əziz Qaraşoğlunun həyat yoldaşı Lamiyə Orucova isə A.Həsənovanı xəstəxanaya yerləşdirdiklərini bildirib.

Buna da bax:​ 'Kanal 13'ün şikayəti təmin edilmədi

Xatırlatma

«Kanal 13» internet televiziyasının Bakı filialının rəhbəri və icraçı direktoru Əziz Orucov mayın 2-də polisin qanuni tələbinə tabe olmamaq ittihamı ilə bir ay müddətinə inzibati qaydada həbs edilib.

İyunun 2-də isə Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsi inzibati cəzasının başa çatdığı gün Ə.Orucova Cinayət Məcəlləsinin 192.2.2-ci (böyük gəlir əldə etməklə qanunsuz sahibkarlıq) və 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə, ağır nəticələrə səbəb olduqda) maddələri ilə ittiham irəli sürüb. Nəsimi rayon Məhkəməsinin qərarına görə, Ə.Orucov barəsində 4 ay müddətinə həbs-qətimkan tədbiri seçilib.

Buna da bax:​ Həbsdə olan jurnalist evindəki axtarışa etiraz edir

Ə.Orucov ittihamları qəbul etmir və həbsinin «Kanal 13» internet televiziyasının fəaliyyəti ilə bağlı olduğunu bildirir.

«Kanal 13» 2008-ci il oktyabrın 10-dan yayımlanırdı. Müdafiə tərəfi bildirir ki, ofisdə axtarış zamanı bütün kompüterləri götürüldüyündən internet televiziyasının işinə maneə yaranıb.

Günün bütün mövzuları

XS
SM
MD
LG