Keçid linkləri

Təcili xəbərlər
2018, 20 Fevral, çərşənbə axşamı, Bakı vaxtı 15:40

Kanada Çeçenistandan olan 30-dan çox “gey”ə sığınacaq verib


Foto arxiv

Kanada Çeçenistandan olan 30-dan çox “Gey”ə sığınacaq verib.

Bu barədə “The Globe and Mail” nəşri yazır.

Nəşrin məlumatına görə, onları 3 ay ərzində gizli gətiriblər və hamısı Kanadada rəsmi qaçqın statusu alıb.

Bu Kanada hökumətinin gizli proqramı çərçivəsində həyata keçirilib.

Portal yazır ki, evakuasiyaya xarici işlər naziri Chrystia Freeland başçılığq edib ki, bu insan haqları ilə bağlı beynəlxalq konvensiyadan kənara çıxır və Rusiya ilə Kanada arasındakı onsuzda gərgin olan münasibəti daha da dərinləşdirə bilər.

Chrystia Freeland
Chrystia Freeland

Amma Kanadanın liberal hökuməti müstəqil hərəkət etmək qərarına gəlib.

Portalın yazdığına görə, son həftədə Kanadaya 22 nəfər gətirilib ki, onlar Rusiyada sığınacaq tapmış cinsi azlıqların 1/3-dir.

Kanadaya gətirilənlər Toronto və ölkənin digər şəhərlərində yerləşdirilib və yaxın günlərdə daha bir neçə nəfər gətiriləcək.

Evakuasiya ilə Kanadanın “Rainbow Railroad” hüquq-müdafiə təşkilatı məşğul olub.

Təşkilatın icraçı direktoru Kimahli Powell bildirib ki, indi onlar dil öyrənir və gələcək inteqrasiya kursları keçirlər.

Rusiyanın “Novaya qazeta” nəşri hələ bu ilin aprelində Çeçenistanda “qey” lərin kütləvi saxlanması və onlara işgəncə verilməsi barədə məlumat yaymışdı.

BMT, ABŞ, Avropa Birliyi,Böyük Britaniya və beynəlxalq təşkilatlar bundan sonra məsələ ilə bağlı araşdırma aparmağa çağırmışdılar.

Amma Çeçenistan rəhbərliyi həmin vaxt məlumatın yalan olduğunu bəyan eləmişdi.

Çeçenistan lideri Ramzan Kadyrov hüquq müdafiəçilərini bu məlumatı yaymaqla qazanmaq istəməkdə günahlandırmışdı.

Ramzan Kadyrov
Ramzan Kadyrov

Amma Kadyrov həmin vaxt belə bir kəlmə də işlətmişdi: «Bizdə belə insanlar yoxdur, bizdə gey yoxdur. Əgər varsa, Kanadaya aparın, Allah xatirinə, qoyun, bizdən uzaq olsunlar», – deyə Kadyrov bildirib.

Ramzan Kadyrov bunu iyunda ABŞ-ın HBO televiziya kanalının müxbirinin cinsi azlıqların təqibiylə bağlı sualına cavab verərkən deyib.

Bunlara da bax: "Kadyrov respublikadan "gey"lərin xaricə aparılmasını təklif edib"

Çeçenistanda gey ola biləcək müğənnilərin siyahısı tutulub

Günün bütün mövzuları

XS
SM
MD
LG