Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 22:18

Kadırov İnstaqramı ittiham edir


Ramzan Kadyrov-un Facebook hesabı
Ramzan Kadyrov-un Facebook hesabı

Çeçenistan lideri Ramzan Kadırovun İnstaqramdakı profilinə daxil olmaq mümkün deyil.

Onun Facebook-dakı hesabı da işləmir.

Hələ ki, bunun səbəbi aydın deyil. Amma Çeçenistan hökuməti hesab etmir ki, bu, texniki problemdir.

"Bu, Rusiyanı həqiqəti deyən səsdən, vətəndaş mövqeyindən məhrum etmək cəhdidi" - deyə Çeçenistanın milli siyasət, xarici əlaqələr, mətbuat və informasiya naziri Cambulat Umarov bildirib.

Bu günlərdə ABŞ "Maqnitski aktı" çərçivəsində insan haqlarını pozmaqda günahlandırdığı Rusiya rəsmilərinin daha bir qrupuna sanksiya tətbiq edib. Onların arasında Kadırov da var. ​

Rusiya prezidenti Vladimir Putin və Ramzan Kadırov (Arxiv)
Rusiya prezidenti Vladimir Putin və Ramzan Kadırov (Arxiv)

Kadırov deyib ki, İnstaqramdakı səhifəsinin bloklanması ABŞ hökumətinin onunla bağlı sanksiyalarından sonraya təsadüf edir.

Onun fikrincə, bu, İnstaqramın müstəqil olmadığını, ABŞ hökumətindən asılılığını göstərir.

Kadırov deyib ki, bloklanma ilə bağlı İnstaqrama müraciət etsə də, cavab almayıb.

"Onsuz da çoxdan İnstaqramı tərk etmək istəyirdim" - deyən Kadırovun sözlərinə görə, indi Çeçenisanda yeni sosial şəbəkə sınaqdan keçirilir: @Mylistory.

Çeçenistan lideri hesab edir ki, yeni şəbəkə "okeanın o tayındakılardan geri qalmır".

Onun sözlərinə görə, yeni sosial şəbəkə Yeni il bayramından sonra işə düşəcək.

Buna da bax: ABŞ Rusiyanın ‘qanuni oğrularına’ sanksiyalar qoyur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG