Keçid linkləri

Təcili xəbərlər
2018, 19 Oktyabr, Cümə, Bakı vaxtı 02:28

Kadırovu messencerdə tənqid edən azı 10 nəfər saxlanıb


arxiv foto

Çeçenstanda messencer danışıqlarına görə azı 10 nəfər saxlanıb. Ehtimal olunur ki, gənclər bir-birinə ölkə başçısı Ramzan Kadırov-u tənqid edən audio-video mesajlar yollayıblar. Bu barədəAzadlıqRadiosunun Şimali Qafqaz xidmətinə yerli sakinlər məlumat veriblər. Bildirilir ki, Tevzan kəndində və Şali şəhərində həbslərə iyulun əvvəlindən başlanıb. Gənclərin dəqiq nədə ittiham olunması bəlli deyil.

Ötən il Çeçenstanın Kenxi kəndinin sakini Ramazan Calaldinov Rusiya prezidenti Vladimir Putin-ə müraciət edib, ölkədə korrupsiyanın baş alıb getməsindən şikayətlənib. Bundan sonra təzyiqlərə məruz qalıb, yaşadığı ev yandırılıb. Calaldinov Çeçenstanı tərk etməli olub. Daha sonra onun dediklərini başqa bir sakin – Maret Zansulaeva da dəstəkləyib. Onu yerli parlament rəhbərliyi ilə görüşə dəvət ediblər və şikayətçi xanım həmin görüşdə əməlinə görə üzr istəyib.

Günün bütün mövzuları

XS
SM
MD
LG