Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 00:12

Kabulda intihar partlayışı: Azı 11 nəfər ölüb


Dekabrın 29-da şiələrə qarşı terror aktının qurbanı dəfn edilir
Dekabrın 29-da şiələrə qarşı terror aktının qurbanı dəfn edilir

Əfqanıstanın Səhiyyə Nazirliyi bildirir ki, Kabulda intihar bomba partlayışı nəticəsində 11 nəfər həlak olub və daha 25 nəfər yaralanıb. Hadisə baş verərkən təhlükəsizlik heyəti bu ərazidə əməliyyat aparırıdı.

Rəsmilər ölü sayının arta biləcəyini deyirlər.

Kabul polisinin sözçüsü Basir Mujahid deyib ki, partlayış baş verərkən polis qanunsuz narkotik və alkoqol satışı ilə bağlı əməliiyat aparırdı.

Mujahid bildirib ki, polis əməliyyatla bağlı mümkün etiraz aksiyasının qarşısını almaq üçün kütləni dağıtmağa çalışırdı.

Partlayış üçün məsuliyyəti hələlik heç bir qrup öz üzərinə götürməyib.

Son günlərdə Kabul - Taliban, İslam Dövləti və başqa ekstremist qrupların hədəfinə çevrilib.

Dekabrın 29-da Əfqanıstan hökuməti şiələrin Kabuldaklı mədəniyyət mərkəzində törədilmiş bir neçə partlayış nəticəsində azı 41 nəfərin həlak olduğunu və daha 84 nəfərin yaralandığını buildirmişdi.

Prezident Ashraf Ghaninin “bəşəriyyət əleyhinə cinayət” adlandırdığı 28 dekabr aktı üçün məsuliyyəti öz üzərinə özünü İslam Dövləti adlandıran ekstremist qruplaşma götürmüşdü.

Bu təşkilat son vaxtlarda Əfqanıstanda, xüsusilə də paytaxt Kabulda şiələrin üzərinə hücumlarını artırıb.

XS
SM
MD
LG