Keçid linkləri

2017, 19 Oktyabr, Cümə axşamı, Bakı vaxtı 07:59

Currenttime.TV portalı yazır ki, Çeçenistan hökuməti dövlət satınalmaları saytında «Şaşlık-Maşlık» (tərc. «Kabab-Mabab») adlı xidmətin satın alınması üçün tender ərizəsi yerləşdirib. Dərc edilmiş sənədlərə görə, xidmətin maksimal dəyəri 550 min rubldur. Müsabiqədə yalnız kiçik sahibkarlıq subyektləri iştirak edə bilərlər. Bu elan «Bələdiyyə skaneri» layihəsinin diqqətini çəkib.

Elana əlavə edilmiş sənədlərdə göstərilir ki, «Şaşlık-Maşlık» tədbirini Çeçenistan Respublikası hökumətinin Turizm komitəsi keçirir. Elanda söhbət həmin tədbirin təşkilindən gedir.

Elanda deyilir ki, icraçı aşağıdakıları təmin etməlidir:

- Ən azı, 50 adamın hava limanı-mehmanxana, mehmanxana-tədbirin keçiriləcəyi yer, Qroznı – «Kezenoy-Am» turist bazası və Qroznı – Veduçi kəndi marşrutları ilə daşınması;

- 50 nəfərin iki sutka ərzində, ən azı, dördulduzlu mehmanxanada qalması;

- Ən azı, 30 ədəd çadır (dairəvi formalı, hər birinin diametri, ən azı, 5 metr);

- Manqallar – ən azı, 30 ədəd (ölçüləri müəyyən edilməkdədir);

- Suvenir məhsulları: «Çeçenistanın ürəyi» kristalı (azı, 50 ədəd);

- Ocaq qalamağa odun, ən azı, 5 kubmetr;

- Sifarişçinin dizaynına uyğun «Şaşlık-Maşlık» açıqcaları, azı, 1000 ədəd.

Tenderin təsvirində, kabab da daxil olmaqla, hər hansı yemək növünün adı çəkilmir.

Qeyd edilir ki, tədbir bu ilin aprelində Qroznıda keçiriləcək. Sənədlərdə verilən məlumata görə, artıq üç potensial icraçı müqavilənin minimum 500 min, maksimum 600 min rubla icrasını təklif edib.

Günün bütün mövzuları

XS
SM
MD
LG