Keçid linkləri

2024, 20 Aprel, şənbə, Bakı vaxtı 07:26

Fikrət Fərəməzoğluya 7 il həbs cəzası verildi


Fikrət Fərəməzoğlu
Fikrət Fərəməzoğlu

"Jam.az” saytının (Jurnalist Araşdırmaları Mərkəzi) rəhbəri, jurnalist Fikrət İbişbəyli (Fərəməzoğlu) 7 il azadlıqdan məhrum edilib.

İyunun 14-də Bakı Ağır Cinayətlər Məhkəməsində Eldar Mikayılovun sədrlik etdiyi hakimlər kollegiyası bu haqda hökm çıxarıb.

Hökmdən əvvəl Fikrət Fərəməzoğlu məhkəmədə son sözünü deyib. Günahsız olduğunu deyən jurnalist uzun müddət polisin fəaliyyətini tənqid etdiyinə görə sifarişlə həbs olunduğunu bildirib: "İşin içində bir sifariş var. Bilirdim ki, polisi tənqid elədiyimə görə gec-tez cəzalandıracaqlar. Sadəcə, geci-tezi vardı. 2016-cı ildə əllərinə fürsət düşdü. Amma bunu da biabırçı şəkildə elədilər".

Vəkil: 'Fikrətə şər atıblar'

İş üzrə zərərçəkmiş qismində tanınan, hədə-qorxu ilə pul tələb etdiyi iddia olunan üç nəfəri tanımadığını deyən Fikrət Fərəməzoğlu söyləyib ki, 6 ay 24 günlük məhkəməsində zərrə qədər ədalət görmədi: "Bu məhkəmədə özümü sehrbaz kimi hiss elədim. Naxçıvanda olan adamın eyni vaxtda Bakıda kiminləsə görüşməsi üçün gərək o adam cin atına minib gəlsin..."

Jurnalist çıxışının sonunda məhkəmədən bəraət hökmünün çıxarılmasını istəyib. Əlavə edib ki, hüquqlarının müdafiəsi üçün sona qədər mübarizə aparacaq.

Fikrət Fərəməzoğlunun son sözündən sonra hakimlər müşavirəyə gedib. Təxminən on dəqiqəlik müşavirədən sonra jurnalistin 7 il azadlıqdan məhrum edilməsi haqda hökm elan olunub. Eyni zamanda, ona iki il jurnalist fəaliyyəti ilə məşğul olmaq qadağan edilib.

Buna da bax: Bakıda məhbus uşaqları göyərçin uçurdu

Hökmdə göstərilib ki, himayəsində iki azyaşlı övladının olması, müsbət xarakterizə olunması onun vəziyyətini yüngülləşdirən hallar kimi nəzərə alınıb.

Fikrət Fərəməzoğlunun vəkili Elçin Sadıqov AzadlıqRadiosu-na bildirib ki, hökmdən apellyasiya şikayəti veriləcək.

XATIRLATMA

Fikrət Fərəməzoğlu 2016-cı il iyunun 30-da saxlanıb. Ona Cinayət Məcəlləsinin 182-ci maddəsinin müxtəlif bəndləri ilə ittiham verilib. O, müxtəlif restoran, iaşə obyektlərinin sahibləri və onları icarə əsasında işlədən adamlardan hədə-qorxu ilə pul tələb etməkdə suçlanır.

Buna da bax:​ Jurnalist hakimə: 'Siz hakimsiniz, yoxsa...'

Amma jurnalist ittihamı qəbul etmir, “restoran”, “masaj salonu” adı altında fəaliyyət göstərən əxlaqsızlıq yuvalarını ifşa etdiyinə görə sifarişlə həbs olunduğunu bildirir. O, Daxili İşlər Nazirliyinin yüksək vəzifəli şəxslərinin göstərişiylə həbsə atıldığını iddia edir.

Fikrət Fərəməzoğlu 10 il öncə də cinayət məsuliyyətinə cəlb edilib. O, həmin vaxt «24 saat» qəzetinin baş redaktoru olarkən, şərəf və ləyaqətinin qorunmasıyla bağlı daxili işlər naziri Ramil Usubovun iddiası üzrə məhkəməyə çəkilmişdi. Məhkəmə jurnalistə, bir il şərti həbs cəzası kəsmişdi.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG