"WikiLeaks"ın yaradıcısı Julian Assange-yə qarşı qaldırılan təcavüz ittihamı üzərindən götürülsün və onun İsveçə ekstradisiyası haqqında qərar ləğv edilsin. Belə bir xahişlə İsveç Prokurorluq İdarəsi məhkəməyə rəsmi müraciət yollayıb. Bu barədə mayın 19-da keçirdikləri mətbuat konfransında ictimaiyyətə məlumat veriblər.
Bundan öncəİsveç prokurorlarının cinsi təcavüz ittihamı ilə bağlı dindirmək istədikləri Assange bu ölkəyə ekstradisiya edilməkdən qorunmaq üçün 4 ildir ki, Ekvadorun Londondakı səfirliyinə sığınıb. Avstraliya vətəndaşı olan 45 yaşlı Assange İsveçdə hər hansı qanun pozuntusuna yol vermədiyini deyir.
Onun yaratdığı "WikiLeaks" 2006-cı ildə minlərlə gizli hökumət sənədini, diplomatik yazışma və videonu ictimailəşdirib.
Assange İsveçin onu ABŞ-a ekstradisiya edəcəyindən qorxduğunu deyib. ABŞ hökumətinin sirlərini "WikiLeaks"də dərc etdiyinə görə, bu ölkədə onu ölüm hökmü gözləyir.