Keçid linkləri

Təcili xəbərlər
2018, 27 Aprel, Cümə, Bakı vaxtı 00:48

'Günün yaxşı hissəsi bitdi, Azərbaycan prezidentiylə görüşə gedirəm'


Avropa Komissiyasının rəhbəri Jean-Claude Juncker-in bazar ertəsi etdiyi zarafat Avropa Birliyinin Azərbaycanla işinin çətinliyinə işıq salmış olub. «Reuters» agentliyi yazır ki, gözlənilməz hərəkətləri ilə ad çıxarmış cənab Juncker prezident İlham Əliyevə sataşıb.

«SİZƏ YAXŞI GÜN DİLƏYİRƏM»

«Çox sağ olun, sizə yaxşı bir gün diləyirəm. İndi isə Azərbaycan prezidentiylə görüşə gedirəm, yəni günün yaxşı hissəsi başa çatdı», – Juncker mətbuat konfransının sonunda jurnalistlərə deyib.

Fevralın 6-da Azərbaycan prezidenti İlham Əliyev Brüsseldə Azərbaycan qazını Avropaya çatdıracaq yeni kəmərləri müzakirə edib. «Reuters» yazır ki, Bakı birliyin 500 milyon nəfəri əhatələyən bazarına girməyə can atır və AB də Rusiya qazından asılılığını azaltmağa çalışır.

Buna da bax-AB-nin 'xımır siyasəti'

«Amma 2003-cü ildən prezident postuna gəlmiş Əliyev ölkəsində hakimiyyəti əlinə cəmləşdirməkdə, söz azadlığını məhdudlaşdırmaqda, müstəqil mediaya təzyiqlərdə ittiham olunur», – məqalədə vurğulanır.

Agentlik Juncker-in zarafatına Azərbaycan rəsmilərindən şərh ala bilməyib. Amma Komissiya rəhbərinin sözçüsü deyib ki, tərəflər enerji və iqtisadi əməkdaşlığı müzakirə ediblər, Juncker isə insan haqları və fundamental azadlıqlara sayqının gərəkdiyini vurğulayıb.

Viktor Orban və Jean-Claude Juncker
Viktor Orban və Jean-Claude Juncker

«SALAM, DİKTATOR!»

Vaxtilə Lüksemburqun baş naziri olmuş Juncker 2014-cü ildən AB-nin icraçı qanadı olan Avropa Komissiyasına rəhbərlik edir. O, söz oyunu və diplomatik protokoldan kənaraçıxmalarıyla ad qazanıb.

Buna da bax-Leyla Yunus: 'Mən deyərdim ki, İlham Əliyev qaçdı...'

Ötən həftə AB-yə ən böyük təhdidin nə olması barədə bir jurnalistin sualına zarafatla belə cavab verib: «O təhlükə mənəm»

Juncker nə vaxtsa Macarıstanın baş naziri Viktor Orban-ı «salam, diktator!» deyə salamlayıb. Orban ölkəsindəki narazıları susdurmaqda ittiham olunur.

Amma AB Şurasının prezidenti Donald Tusk bazar ertəsi Azərbaycan prezidenti ilə birgə mətbuat konfransında daha diplomatik dildə danışıb.

«Danışıqlar zamanı insan haqları və söz azadlığı daxil olmaqla, fundamental azadlıqların vacibliyini vurğuladım. AB inanır ki, azad cəmiyyət uzunmüddətli sabitlik və rifahın ən yaxşı təminatçısıdır», – Tusk deyib.

Tənqidçilər Azərbaycan hakimiyyətinin narazıları, fərqli düşünənləri susdurduğunu deyir. Amma rəsmilər ölkədə bütün təməl hüquq və azadlıqların təmin olunduğunu bildirir.

Günün bütün mövzuları

XS
SM
MD
LG