Keçid linkləri

2017, 27 May, şənbə, Bakı vaxtı 04:58

Bu il mayın 5-də Azərbaycan Cümhuriyyətinin simvollarından biri-onun himninin müəllifi istiqlal şairi Əhməd Cavad 125 yaşını tamamladı.

Təəssüf ki, hər zaman çeşidli yubileylərlə zəngin ölkədə bu tarix susqunluqla qarşılandı...

AzadlıqRadiosunun “İz” proqramı Azərbaycan Cümhuriyyətinin 90 illik yubileyindən başladığı “Cümhuriyyət fədailəri” silsiləsini 100 illiyə daşıyır.

Məhəmməd Əmin Rəsulzadə, Fətəli xan Xoyski, Həsən bəy Ağayev, Nəsib bəy Yusifbəyli, Ceyhun bəy Hacıbəyli, Əlimərdan bəy Topçubaşı, Xəlil bəy Xasməmmədli, Şəfi bəy Rüstəmbəyli ilə başlanan silsilə İstiqlal şairi Əhməd Cavadla davam edir.

Sanki taleyin hökmüylə Cümhuriyyət ayında doğulub onun simvoluna çevrilmiş şairin xatirəsini hələ adının yasaq edildiyi dövrlərdə onun ən böyük pərəstişkarı olan professor Babaxan Niyazlı və bənzərsiz şairin nəvəsi Anar Axundzadə ilə anırıq.

Mən hər gələn 1 Mayısa pək çox ümidlər bağlaram,

Hər gələcək Mayıs üçün nisan ağlar, mən ağlaram—

deyən şairi elə öz ayında xatırlayaq!

Mayın 14-də saat 23-də.

Verilişdə Əhməd Cavadın dillər əzbəri “Susmaram!” şeiri səslənəcək.

Bu “İz”i itirməyin!

Bütün basqılara, əngəllərə baxmayaraq “Azadlıq”da qalın.

“İz”dən çıxmayın.

Zatən haqqında söz açdığımız şəxsiyyətlər azadlığın izindən çıxmayanlar, bu yolda hər şeyi gözə alanlardır...

Unutmayın! Gələn həftə daha bir istiqlal şairi Almas İldırımın izində olacağıq.

Sənin fikrin

Şərhləri göstər

Günün bütün mövzuları

XS
SM
MD
LG