Keçid linkləri

Təcili xəbərlər
2018, 15 Oktyabr, Bazar ertəsi, Bakı vaxtı 16:54

Qarabağda nəyim qaldı?-İZ-Anons


İşğal altında olan qədim Şuşa şəhərinin giriş qapısı

İZ-Anons

Bir şeir misrasıdır, həm də sualdır: “Qarabağda nəyim qaldı?”

“İşğal olunmuş Azərbaycan ərazilərindən 100-dən çox daş-divar yazısı və oyma abidələrin üzərindən sökülərək Ermənistana aparılıb. 850 dekorativ- tətbiqi sənət nümunəsi, at-qoç fiqurları, türbələr, qəbirüstü abidələr və digər inanc yerləri tamamilə dağıdılaraq məhv edilib. 200 qəbiristanlıq qismən, 400 qəbiristanlıq tam dağıdılaraq yararsız hala salınıb. Bu qəbiristanlıqlarda 5 minə yaxın mərmər sinədaşı və başdaşı sökülüb dağıdılıb, götürülən mərmər daşlardan başqa məqsədlər üçün istifadə edilib. 200-dən çox tarix və memarlıq abidəsi uçurdularaq yararsız hala salınıb. İşğal dövrü 100 mindən çox muzey eksponatı və bir o qədər sayda da mülki vətəndaşların şəxsi kolleksiyalarına və xüsusi mülkiyyətinə aid olanAzərbaycanın müxtəlif dövrlərini əhatə edən bədii sənət nümunələri və digər qızıl-zinət əşyaları qarət edilərək Ermənistana aparılıb...”.

(Faiq İsmayılovun “Məcburən erməniləşdirilmə” kitabından)

“Qarabağda nəyim qaldı?”

Xan qızı Natəvanın saray kompleksi...

Ə. B. Haqverdiyevin, Üzeyir bəyin, Bülbülün ev muzeyləri...

Mir Möhsün Nəvvabın xatirə muzeyi...

Şuşada Saatlı məscidi, Aşağı və Yuxarı Gövhərağa məscidləri- Gövhər Ağanın uçurulan qoşa minarələri... Mərdinli, Cümə məscidləri...

Qarabağ xanlarının yay iqamətgahının yerləşdiyi Şahbulaq yaylağı... Şahbulaq türbəsi... Qıfıl xan Sarayı...

Azıx və Tağlar mağaraları...

Qaraköpək, Üzərlik təpə kurqanları...

“Qarabağda nəyim qaldı?”

40 mindən çox eksponatı olan 22 muzey...

Ağdam Çörək Muzeyi...

Şuşa Tarix Muzeyləri...

Talan olunmuş Kəlbəcər, Qubadlı və Zəngilan Tarix-Diyarşünaslıq Muzeyləri...

Tarzən Qurban Primovun xatirə muzeyi...

Azı, 2 min abidə... Böyük bir qismi dağıdılıb, bir qismi dəyişdirilib, Qafqaz Albaniyası dövrünə aid qismi – erməniləşdirilib...

Qarabağda daha nələr qaldı?

Fevralın 26-da-Xocalı günündə saat 23-də AzadlıqRadiosunun “İZ” proqramında bu suala cavab tapacaqsınız.

Tarixin korşalmış yaddaşını təzələyin!

Tarix ondan dərs alanları sevər!

Bu “İz”i itirməyin...

Bu İz proqramında ishqal altindaki Azərbaycanın mədəniyyət abidelerinin taleyinden soz acilir.
Gözlə

No media source currently available

0:00 0:29:53 0:00
Direct-ə keçid

Günün bütün mövzuları

XS
SM
MD
LG