Keçid linkləri

Təcili xəbərlər
2018, 19 İyul, Cümə axşamı, Bakı vaxtı 00:03

IZ-Anons

Sevda İsmayıllı

“Allahım, mən neyçün şair doğuldum?!”

1933-cü il…

Sovet-İran sərhədi…

Gənc şair ömür yoldaşı və 3 aylıq körpəsiylə sərhədi keçməyə çalışır.

Vətəndə bolşevik işğalı davam edir.

Repressiyaların ilk dalğası nə qədər can alıb.

Şair əvvəlcə Dağıstana, sonra Türkmənistana sürgün edilib.

“Allahım, mən neyçün şair doğuldum” deyə-deyə,orada evlənib.

Ancaq ilk övladı dünyaya gələndən 3 ay sonra onun həbsinə fərman verildiyini öyrənib.

“Bu, an məsələsidir”, - deyiblər.

Aradan uzun illər sonra Bakıya - ata yurduna 75 yaşında dönməyi bacaran həmin 3 aylıq körpə AzadlıqRadiosunun “Can Bakı” proqramına qonaq gəlib və bu sözləri səsləndirib.

“Babama söyləyiblər ki, tutulması an məsələsidir…

Atam - gənc şair qayınatasından kömək diləyib…

Bir az yemək-içmək hazırlığının ardından onu bir qaçaq dəvə karvanına qoşub ailəsiylə sərhədə yollayıblar.

Sərhədçilər atamı İran tərəfə keçməyə qoymurlar.

Axırda körpəni – məni bu tayda saxlamaq şərtilə keçişə razılaşırlar.

Zavallı ata-ana körpəni keçid məntəqəsində qoyub canını qurtarmaq qərarına gəlir.

Amma bir az getdikdən sonra ağlayan körpəyə tərəf qaçıb onun səsinə səs verirlər…

Ən böyük dəhşətlərsə hələ qarşıdaydı.

Aclıq, səfalət, yolazmalar, hətta zindan…

Uzun məşəqqətlərdən sonra Türkiyəyə keçmək mümkün olur.

Ailə Elazıqda məskunlaşır”.

O vaxt həmin şair bolşevik zülmündən qaçıb canını qurtarmasaydı, 37-ci ildə güllələnənlərdən bir olacaqdı.

Eynən Əhməd Cavad, Mikayıl Müşfiq kimi onun da məzarı bilinməyəcəkdi.

Amma o bu gedişlə taledən xeyli ömür payı çala bildi.

Və bənzərsiz şeirlərini yazdı.

Sərhəddə onu suda saxlayanların zülmü olmasaydı, bəlkə də daha çox yaşayardı.

Suda saxlanmaq şairin böyrəklərini çürütmüşdü…

1952-ci il yanvarın 14-də bənzərsiz şair 4 oğlunu ömür yoldaşına tapşırıb “Əsir Azərbaycanım” deyərək dünyadan köçdü…

Onları tanıtmağın vaxtıdır.

Gənc şair Almas İldırım, ömür yoldaşı Zivər xanım, 3 aylıq körpə Azər Almas idi…

-Almas İldırım Türkiyədə necə yaşadı?

-Ölməz şeirlərini necə yaratdı?

-Araşdırıcısı Maarif Teymur və oğlu Azər Almas şairi necə tanıtdılar?

-Almas İldırım Türkiyədə necə Xəzər gölü yaratdı?

-Elazığdakı Xan köyünün adını necə Xankəndi etdirə bildi?

Bu və bənzər sualların cavabı mayın 21-də saat 23-də efirə gedəcək “İz” proqramında açıqlanacaq.

Verilişdə Almas İldırımın dillər əzbəri şeirləri səslənəcək.

Onun Məhəmməd Əmin Rəsulzadəyə həsr etdiyi şeirini də eşitməyə dəyər.

Bu “”İZ”i itirməyin.

Gözlə

No media source currently available

0:00 0:29:59 0:00
Direct-ə keçid

Günün bütün mövzuları

XS
SM
MD
LG