Keçid linkləri

Təcili xəbərlər
2018, 22 Sentyabr, şənbə, Bakı vaxtı 23:28

İtkin düşən neftçilərin axtarışı davam edir


İtkin neftçilərin axtarışı davam edir, 7 yanvar 2017

9 neftçinin itkin düşməsiylə bağlı axtarışlar davam edir.

Fövqəladə Hallar Nazirliyi-nin məlumatında deyilir ki, Müdafiə Nazirliyi, Dövlət Sərhəd Xidməti, Dövlət Dəniz Administrasiyası, SOCAR və Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi QSC-nin aparıcı mütəxəssislərindən ibarət tərkibdə yaradılan Qərargah müəyyən edilən sektorlar üzrə axtarış-xilasetmə əməliyyatlarını davam etdirir.

"Axtarış aparıldığı ərazidə küləyin sürətinin güclənməsi, dalğanın hündürlüyünün artmasına baxmayaraq, əməliyyatlar dənizdə və sahilboyu ərazilərdə fasiləsiz olaraq həyata keçirlir. Pis hava şəraiti kiçik həcmli gəmilərin hərəkətinə ciddi maneələr törətdiyindən gəmilər axtarış rayonlarına cəlb edilib".

Dekabrın 15-də səhər saat 05:00 radələrində Xəzər dənizində əsən güclü külək "Azneft" İB-nin N.Nərimanov adına Neft Qaz Çıxarma İdarəsinin 3 saylı Neft Yığım Məntəqəsinin sağ və sol hissəsində yerləşən estakadasını dənizə uçurmuşdu. Estakadanın həmin hissəsi özü ilə birlikdə ona bitişik olan meydançanı və üzərindəki yaşayış budkasını da uçurmuşdu.

Qəza nəticəsində bir nəfər ölüb, 9 nəfər itkin düşüb.

Günün bütün mövzuları

XS
SM
MD
LG