Keçid linkləri

Təcili xəbərlər
2018, 24 Sentyabr, Bazar ertəsi, Bakı vaxtı 22:59

Moskva 20 Yanvarla bağlı materialları vermir


Rüstəm Usubov

«SSRİ-nin keçmiş prezidenti Mikhail Gorbachev həmin ölkənin Konstitusiyasının 119-cu və Azərbaycan Konstitusiyasının 71-ci maddələrini kobud şəkildə pozaraq, ordunun Bakıya yeridilməsi ilə bağlı qanunsuz fərman verib».

APA-nın xəbərinə görə, bunu Azərbaycan baş prokurorunun birinci müavini Rüstəm Usubov deyib.

R.Usubov qeyd edib ki, sovet qoşunları 1990-cı il yanvarın 19-da saat 00:00-dan başlayaraq «Nasosnı» qəsəbəsi, metronun keçmiş «Məşədi Əzizbəyov» stansiyası və Sumqayıt şəhəri istiqamətindən Bakıya daxil olub. Dinc əhalinin qırğını həyata keçirilib: «Nəticədə 132 nəfər qətlə yetirilib, 612 nəfər yaralanıb, 814 nəfər qanunsuz həbs olunub. Binalara və digər dövlət əmlakına ciddi ziyan dəyib. Bakıda yetərincə hərbçi olduğu halda, şəhərə 66 min nəfərlik əlavə qoşun kontingenti yeridilib. Əməliyyata Krasnodar vilayətindən müddətdən artıq hərbi qulluq keçən hərbçilər də cəlb edilib».

Buna da bax-Mirzə Xəzər 20 Yanvara qayıdır...

R.Usubov deyir ki, Azərbaycan Prokurorluğu cinayət işinə çox gec – 1992-ci ilin fevralında başlayıb. Odur ki, Gorbachev-u vəSSRİ daxili işlər naziri Bakatin-i dindirmək mümkün olmayıb: «Gorbachev istintaqdan yayındı. 1992-ci ildə 68-cildlik əsas iş bizə verilmədi. İndiyə qədər Azərbaycan Prokurorluğu 68-cildlik həmin işi tələb edir, amma onlar bizə çatdırılmayıb. İstintaq gedir, 68 cild iş istintaqa daxil olduqdan sonra ona tam qiymət verib, məhkəməyə göndərmək mümkün olacaq».

Bakıdan başqa, sovet qoşunları 1990-cı il yanvarın 25-i Neftçala, yanvarın 26-da isə Lənkəranda da qətllər törədib. Ümumilikdə bu hadisələr zamanı 137 nəfərin həlak olduğu, 744 nəfərin yaralandığı, 841 nəfərin qanunsuz olaraq həbs edildiyi bildirilir.

Milli Məclisdə 20 Yanvar hadisələrinin müzakirəsi (1990-cı ildə)
Gözlə

No media source currently available

0:00 0:04:05 0:00

Günün bütün mövzuları

XS
SM
MD
LG