Keçid linkləri

2017, 23 Avqust, çərşənbə, Bakı vaxtı 13:56

Şərq rayonlarında yağış gözlənir


Avqustun 14-ü Bakı və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, yağmursuz keçəcəyi bildirilir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin məlumatına görə, zəif şimal-şərq küləyi gündüz cənub küləyi ilə əvəzlənəcək.

Gecə 23-25, gündüz 32-37, Bakıda gecə 23-25, gündüz 35-37 dərəcə isti gözlənilir.

Azərbaycanın əksər rayonlarında da avqustun 14-ü yağıntı olmayacağı bildirilir.

Ancaq səhər və gündüz bəzi şərq rayonlarında şimşək çaxacağı, qısamüddətli yağış yağacağı ehtimal edilir. Gecə 20-25, gündüz 33-38, dağlarda gecə 15-20, gündüz 26-31 dərəcə ist təxmin edilir.

Buna da bax: Fəhlə: 'Bu istidə işləməyə məcburuq'

Sənin fikrin

Şərhləri göstər

Günün bütün mövzuları

XS
SM
MD
LG