Keçid linkləri

Təcili xəbərlər
2021, 23 Oktyabr, şənbə, Bakı vaxtı 14:57

İstanbulda 39 nəfəri qətlə yetirən cinyətini boynuna aldı


Fotonu yanvarın 17-də Türkiyə polisi yayıb

İstanbul valisi Vasif Şahin Abdulqadir Maşaripovun günahını boynuna aldığını bildirir. Valinin sözlərinə görə bunu onun barmaq izləri də təsdiqləyib. Vasif Şahin onun 1983-cü ildə Özbəkistanda anadan olduğunu və Əfqanıstanda xüsusi təlim keçdiyini deyir. Vali, Maşaripovun yaxşı təhsilli olduğunu və 4 dildə danışdığını bildirib

***

Türkiyə hökuməti Yeni il axşamı İstanbuldakı "Reina" gecə klubunda 39 nəfəri, o cümlədən 1 azərbaycanlını qətlə yetirən terrorçunun yaxalanmasını təsdiqləyib.

Baş nazir Binali Yıldırım yanvarın 17-də keçirdiyi mətbuat konfransında onun İstanbulda yaxalandığını və hazırda sorğu-sual edildiyini bildirib.

O hazırda istintaq getdiyindən detallara aydınlıq gətirməyib.

Hürriyyet qəzeti onun əslən özbək olduğunu və 4 yaşlı oğlu ilə birlikdə yanvarın 16-sı yerli vaxtla axşam saat 11 radələrində İstanbulun Avropa hissəsindəki mənzillərdən birində yaxalandığını xəbər verir.

Türkiyə polisi "Reina" terrorçusunu tutduğunu deyir
Gözlə

No media source currently available

0:00 0:01:29 0:00

Anadolu agentliyi də daxil olmaqla yerli KİV-lərin məlumatına görə, Abdulqadir Maşaripov adlı bu şəxs Abu Məhəmməd Xorasani adı altında fəaliyyət göstərirmiş.

Anadolu Agentliyi onunla yanaşı İstanbulun Esenyurt rayonunda daha 4 nəfərin yaxalandığını xəbər verir.

Onlardan birinin əslən qırğız , üçününsə qadın olduğu bildirilir.

DHA agentliyi əməliyyat zamanı həbs olunanlardan birinin görüntülərini yayıb.

Hücuma görə cavabdehliyi İslam Dövləti qrupu üzərinə götürüb.

XS
SM
MD
LG