Keçid linkləri

Təcili xəbərlər
2020, 01 Oktyabr, Cümə axşamı, Bakı vaxtı 02:37

Türkiyə terrora görə kimin yaxasından yapışacaq?


Türkiyədə partlayış 38 ölü, 155 yaralı
Gözlə

No media source currently available

0:00 0:01:46 0:00

Türkiyədə partlayış 38 ölü, 155 yaralı

Türkiyənin terrora reaksiyasından, daha doğrusu, son partlayışlara görə kimin yaxasından yapışacağından çox şey asılıdır. Bu haqda «The Independent» qəzeti yazır.

Qəzetin baş məqaləsində qeyd olunur ki, əhaliyə, polisə terror hücumları indi bir çox ölkələrdə reallığa çevrilib, fərqli olan bu ölkələrin liderlərinin hadisələrə reaksiyalarıdır. Bəziləri məhz zorakılığı törədənlərə qarşı çevrilir, bəziləri isə...

KÜRD MƏSƏLƏSİ

Qəzet Recep Tayyip Erdoğan hökumətinin ilk reaksiyasının, inqilab cəhdindən sonrakı kimi, qisasa çağırış olduğunu vurğulayır. Rəsmilər partlayışdan dərhal sonra intiqamın alınacağına söz veriblər.

«The Independent» yazır ki, hadisənin arxasında kimin və yaxud hansı qrupun dayandığını bilmək, əslində, ədalətin bərqərar olması baxımından çox vacibdir. Ancaq indi vacib olan həm də türk hökumətinin kimi günahlandırmasıdır. Günahlandırılan isə kürdlərin terror təşkilatı Kürdüstan İşçi Partiyası (PKK), yaxud müəllifin fikrincə, ümumilikdə, kürd məsələsidir.

Qəzet hesab edir ki, Türkiyənin son hadisələrə görə kürd separatçılarına qarşı hərbi əməliyyatları gücləndirməsi ən qorxulu təhlükələrdən biridir. Ötənlərdə Ankaranın apardığı bu siyasət elə bir həddə çatırdı ki, hətta kürdlərin «İslam Dövləti» (İŞİD) silahlı qruplaşması içindəki düşmənlərini belə razı salıb. İndi hər şey bu addımların təkrarlana biləcəyini göstərir.

İstanbul sakini: 'Güvənliyimizə təminat istəyirik'
Gözlə

No media source currently available

0:00 0:01:26 0:00

TÜRKİYƏNİN GÖZÜ QORXUB

«The Independent» yazır ki, əslində Türkiyənin gözü qorxub; İraq və Suriyadakı hadisələr kənardan stabil və güclü görünən dövlətin necə asanlıqla parçalana biləcəyini təsdiqləyib. «Ancaq türklər hər şeydən öncə İŞİD-in onların ölkəsinə nə qədər təhlükə yaratdığını anlamalıdır. İŞİD artıq Türkiyənin Suriya ilə sərhədinə çatıb. İŞİD və PKK qüvvələrini balanslaşdırmaq cəhdlərinin uğursuz siyasət olduğu da göz qabağındadır».

Qəzet yazır ki, kürd məsələsinin yeganə həll yolu var, o da siyasi tənzimləmədir. Keçmiş sülh cəhdlərinin uğurunu xatırladan müəllif PKK ilə İŞİD-in əsas fərqinin də bundan ibarət olduğunu vurğulayır: «Kürd məsələsinin sülhlə həll olunması ehtimalı var. İŞİD-dən fərqli olaraq, PKK Ankarada xilafət qurmaq niyyətində deyil».

Müəllif Erdoğan hökumətinin, yəqin ki, bu hadisələrə də repressiyalarla, mətbuatın imkanlarını məhdudlaşdırmaqla, vətəndaş cəmiyyətinə basqıları, həbsləri artırmaqla reaksiya verəcəyini yazır: «Halbuki nə qədər uğursuzluğa düçar olur-olsun, İŞİD səhnədən gedəcək qüvvəyə oxşamır. O, artıq xeyli beyni korlayıb, həddən çox adamın düşüncələrini zəhərləyib. Amma Britaniyanın Xarici İşlər naziri Boris Johnson demiş, Türkiyə, Səudiyyə Ərəbistanı, İran və Misir kimi ölkələrin liderləri terrorun öhdəsindən gələcək qədər düzgün siyasət aparmırlar».

Şərhlər (1)

Bu forum dayandırılıb
XS
SM
MD
LG