Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 21:43

İstanbulda terroçuluqda ittiham olunan 7 Rusiya vətəndaşının məhkəməsi başlayıb


Foto arxiv
Foto arxiv

Türkiyədə terrorçuluqda ittiham olunan 9 nəfərin məhkəməsi başlayıb.

Onlardan 7-nin Rusiya vətəndaşı olduğu bildirilir.

Bu barədə yanvarın 24-də Türkiyə və Rusiya KİV-ləri məlumat yayıb.

İstintaqın məlumatına görə, “İslam dövləti” qrupu ilə əlbir olan bu şəxslər ötən ilin iyununda İstanbulda pilotsuz uçan aparatlarla terror aktları törətmək istəyirmişlər.

Məlumatlara görə bu aparatlar 50 kiloqramadək partlayıcı daşıya bilir.

Axtarış vaxtı şübhəlilərdən ikisinin evində pilotsuz aparatlar, başqa birinin evində isə partlayıcı kəmər hazırlanmasında istifadə olunan materiallar aşkar edilib.

Müttəhimlər Zelimxan Tsaysayev, Aza Bepcaxoba, Zukra Borçashvili, Salman Dakayev, Kiuri Xatsaev, Bekxam Alimmxanov, Xassan Orstxo, Fuat Güneş və Fatma Altıntaşdır.

Məlumata görə, partlayıcı maaddələr İstanbula ölkənin cənub-şərqindəki Şanlıurfa əyalətindən gətirilibmiş.

Onları 15 ilədək həbs cəzası gözləyir.

Prokurorlar sübut kimi onların mobil telefonlarında aşkar edilən informasiyalardan istifadə edir.

Telefonlardan həmçinin hərbi əməliyyat yerlərindən çəkilmiş fotolar və “İslam dövləti” qrupuna həsr edilmiş mahnılar çıxıb.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG