Keçid linkləri

Təcili xəbərlər
2020, 19 Sentyabr, şənbə, Bakı vaxtı 20:15

Terrorda ölən azərbaycanlının adı açıqlandı


İstanbulda terror aktı

İstanbuldakı gecə klubuna hücum zamanı həlak olan azərbaycanlı qadının adı açıqlanıb.

1988-ci il təvəllüdlü Nuranə Həsənova Rusiya vətəndaşıdır.

Bu barədə Rusiyanın Türkiyədəki konsulluğu məlumat yayıb.

Nuranənin qohumları onun kimliyini təyin etmık üçün İstanbula gediblər.

Onun meyiti bu gün axşam Azərbaycana aparılmalıdır.

Bundan əvvəl onun Azərbaycan vətəndaşı olduğu bildirilirdi, amma üstündəki sənədlərdən Rusiya vətəndaşı olduğu bəlli olub.

Yeni il axşamı İstanbuldakı “Reina” gecə klubuna edilmiş silahlı basqında azı 39 adam ölüb, onlarla adam xəsarət alıb.

Hücum edəni yaxalamaq mümkün olmayıb, axtarış gedir.

XS
SM
MD
LG